Ana səhifə

Ərəbistan xalqının çoxunun Allahın kosmosda bir taxtının olduğuna və bu taxtın üzərində oturaraq hər yerə tamaşa etdiyinə inandığı deyilir. Belə bir şey var?


YazdırSend to friend

 

Əsla, Allah zaman və məkandan uzaqdır. Hər şeyi yaradan və heç bir şeyə bənzəməyən Allah üçün belə şeylər demək olmaz.

Ərəbistan xalqının çoxunu belə bir düşüncədə olduğu ilə günahlandırmaq səhvdir. Fərqli düşüncədə olanlar olsa da, əhli-sünnəyə zidd bir inancın olacağı ehtimalında deyilik.

Quranda “Rəhman ərşi yaradıb hökmü altına almışdır” . (Ta Ha surəsi, 20/5) kimi ayələr mənası dərin, fərqli olan “mütəşabih” ayələrdir. Bu cür ayələri açıqlamaq üçün iki metoddan istifadə edilmişdir.

Birinci metod Sələf (təqribən hicri III-IV əsrə qədər) alimlərə aiddir. Onlar “Quranda necə bir ifadə işlədilmişdirsə, biz onu olduğu kimi qəbul edirik, lakin həqiqi mənasını Allaha həvalə edirik.” demişlər. Məsələn, Quranda “Rəhman/Allah ərşi yaradıb hökmü altına aldı” deyilmişdir. Biz də bunu belə qəbul edirik. Ancaq bununla Allah nəyə işarə etmişdirsə, biz də ona iman edirik. Ərəbistanda da bu düşüncə hələ də bir qisim insanlara hakimdir. Arkadaş bunu demək istəmişdir.

İkinci metod daha sonra gələn – xələf alimlərinə aiddir. Onlar deyirlər ki, Allah məkandan asılı olmadığına görə bu cür ayələrdə işarə edilən mənanı üzə çıxarmaq lazımdır. O da budur:

Ərşə istiva etmək taxta çıxmaq mənasını verir. Bu taxta çıxmaq həqiqi deyil, məcazi mənadadır. “Bir padşah taxta çıxdı, bir prezident rəhbərlik kürsüsündə oturdu” dedikdə əslində onun maddi bir kürsüdə oturduğu ifadə edilmir. Elə bunun kimi “Allahın Ərşə istiva etməsi bütün Kainata hökmran olduğunu ifadə edir.”

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz