Ana səhifə

ƏR-RƏHMAN / ƏR-RƏHM


YazdırSend to friend

Rəhman: "Dünya həyatında, mömin-kafir demədən, məxluqların

hamısına mərhəmətlə rəftar edən."

 

"Əvvəldə bütün yaradılmışlar haqqında xeyr və rəhmət edən."

"Ruziləri və hər cür yaxşılıqları lütf edən."

 

Rəhm: "Verdiyi nemətləri yaxşı istifadə edənlərə daha böyük və

əbədi nemətlər verən."

 

"Axirət həyatında yalnız möminlərə lütfkarlıq edən."

 

"O Allah ki, Ondan başqa ilah yoxdur. Qeybi də, biləndir. Rəhman, Rəhm olan Odur." (Həşr surəsi, 22)

 

Hər iki mübarək ad da Allahın sonsuz bir mərhəmət sahibi olduğunu ifadə edir.

 

Rəhmət və mərhəmət; qısaca, ‘xeyiri iradə etmək və sonsuz lütfkarlıqda olmaq mənasını verir.

 

Mərhəmət üçün edilən bu tərif çox gözəldir:

 

"Mərhəmət; ağrıları, fəlakətləri, çətinlikləri aradan qaldıraraq yerinə xeyiri və səadəti qoyma duyğusudur."

 

Rəhman adı, ‘insan-heyvan, mömin-kafir fərqi olmadan hər canlının hər cür ruzisini verən və onları qoruyan" mənasını verir.

 

Rəhm isə, "iradəsini doğru istifadə edən qullarına iman, ibadət, hidayət səadətini qazandıran və onlara əbədi Cənnətlər hazırlayan" deməkdir.

 

Rəhman adı, ilk yaradılışa baxar. Necə ki, Cənabı Haqq, yaratdığı hər varlığı, onların iradələri xaricində nə qədər lütfkarlıqlar vermişdir.

 

Rəhm adı isə, daha çox, ikinci yaradılışa baxar və iradələrini xeyirə, doğruya, gözələ istiqamətləndirən bəxtiyar qullar üçün, ikinci yaradılışda, sonsuz lütflər, nemətlər, veriləcəyi müjdəsini daşıyar.

 

 

Rəhman həm addır həm də sifət, Rəhm isə yalnız sifətdir. Buna görə, Rəhman adı başqalarına nisbət edilməz., amma Rəhm adı nisbət edilə bilər.

 

Digər tərəfdən, ‘Allah, dünyanın Rəhmanı, axirətin Rəhmidir' buyurularaq, Rəhman sifətinin əvvəl ilə, Rəhm sifətinin isə əbədiyyətlə əlaqədar olduğuna diqqət çəkilər.

 

Qurani Kərimdə Rəhm adı, daha çox Ğafur adıyla birlikdə istifadə edilmiş, beləcə ən böyük rəhmətin bağışlama olduğuna diqqət çəkilmişdir. Bu halda bağışlama, Rəhm adının ən gözəl bir təcəllisidir.

 

Rəhman adı dünyada nail olduğumuz nə qədər nemətlərə, Rəhm adı isə axirətdə qovuşmağa namizəd olduğumuz əbədi səadətlərə nəzərimizi çevirər.

 

"Gücsüzlərə mərhəmət edənə, Rəhman olan Allah da mərhəmət edər." Hədis



09-11-2009 12:00:00