Ana səhifə

ƏR-RƏQİB


YazdırSend to friend

"Qullarının hər şeylərini gözləyən, müşahidəsi altında tutan."

 

"Hər şey, elmi, nəzəri altında olan."

 

"Şübhəsiz Allah, sizin üzərinizdə Rəqibdir." (Nisa, 1)

 

Bu ilahi ad, Alim, Basar və Şəhid adlarıyla yaxından əlaqədardır. Hər şeyi görən, bilən və hər hadisənin şahidi olan Allah, əlbəttə bütün varlıqları və xüsusilə insanları daimi kontrol altında saxlayar.

Bu adı düşünən bir qul, öz nəfsini daim müşahidə edər, nəzarət edər. Onu başıboş buraxmamağa, günah və üsyan sahəsinə soxmamağa çalışar.

 

Özünü, Allah Rəsulunun (s.ə.s.) ifadəsiylə, bir çoban olaraq bilər və güddüklərindən məsul olduğunu idrak edərək, nəfsini, ailə fərdlərini və məsuliyyət sahəsinə girən hər kəsi və hər şeyi kontrol altında tutmağa çalışar.

 

Duyğularını, haramdan və şübhəli şeylərdən qoruyar.

 

Gözünü harama istiqamətləndirməz, qulağına hər şeyin girməsinə icazə verməz.

 

Ağlını lazımsız və zərərli şeylərlə yormaz.

 

Ürəyini də kontrol altında tutar; imanına zərər verəcək, etiqadına təsir edəcək düşüncə və meyllərdən həssaslıqla çəkinər.

 

Sevgi və qorxusunun yalnız Allah üçün olmasına maksimum diqqət yetirər.



09-11-2009 12:00:00