Ana səhifə

ƏR-RƏZZAQ


YazdırSend to friend

"Maddi və mənəvi hər cür ruzilərə möhtacları yaradan."

 

"Canlıların ruzisini dilədiyi şəkildə verən."

 

"Heç şübhəsiz, Allah Rəzzaqdır; O, qüvvət sahibi, Mətndir. "(Zariyat, 51/58)

 

İnsan deyilincə, ruh və bədən birlikdə düşünüldüyü kimi, ruzi deyilincə də həm maddi, həm də mənəvi ruzilər xatırlanmalıdır. Bununla birlikdə, ümumiyyətlə, ruzi deyildiyində, əvvəlcə, bədənin ehtiyacını qarşılayan, ona güc və qüvvət qazandıran maddi nemətlər xatirə gəlir.

 

Bu nemətlərin hər biri bir möcüzədir. Torpaqdan insan yaradan Allah, eyni torpaqdan insanın ruzisini də yaratmışdır. Tək başına nə torpaq, nə su, nə işıq, nə də hava insanın qarınını doyurarlar. Bunlar, ilahi bir tərbiyədən keçərək ‘ruzi' halına gəlirlər.

 

Ruzimiz, bütün bir kainatın bir fabrik kimi işiylə yaradılır. Bir tək faktor nöqsan olsa, ruziyə qovuşa bilmirik. Elə isə yediyimiz bir meyvənin arxasında bütün bir kainatı görüb, şükrümüzü ona görə etmək vəziyyətindəyik.

 

Demək ki, ruzi deyilincə yalnız yemək maddələrini xatırlamaq əskik olar. Mədəsi tox lakin gözü kor bir insan da bir istiqamətiylə aç deməkdir. O halda günəş də gözə ruzi olur. Buna görə, insan axşama qədər nəyə baxsa, ağızından girən loxma kimi, o şeyin görünüşü gözündə təşəkkül etməkdə və ona ruzi olmaqdadır.

 

Eyni şəkildə eşitdiyi səslər də qulağının ruzisi; qoxular da burnunun ruzisidir.

 

Mənəvi ruzi deyilincə, əvvəlcə, ruh və ürəyi rahatlatdıraraq dincliyə qovuşduran şeylər xatirə gəlir.

 

 

Rəzzaq adı bizə maddi və mənəvi nə qədər ruzilərə möhtac bir qul olduğumuzu xatırladar.

 

Elementləri ruzi halına gətirərək bizim faydamıza təqdim edən və mənəvi ehtiyaclarımızı da ən gözəl şəkildə yerinə yetirən Rəbbimizin o sonsuz rəhmətinə qarşı ürəyimizi həmd, şükr və minnətdarlıqla doldurar.



03-12-2009 12:00:00