Ana səhifə

Ə'raf Surəsi 40. ayədə keçən, "… dəvə (və ya kəndir) iynə dəliyindən keçənə qədər onlar cənnətə girə bilməyəcəklər." ifadəsi nə deməkdir?


YazdırSend to friend

- Qur`an insanlara göndərilən bir mesaj olduğuna görə, onun insanlar tərəfindən aydın ola bilən bir üslubla həmsöhbətlərinə xitab etməsi, bəlağətin bir gərəyidir. 

- Qur`an`ın ilk muhatapları Ərəb olduqları üçün Qur`an da Ərəbcə enmişdir. Ərəb dili, təmsil, təşbeh, istiarə, məcaz kimi ədəbî sənətlərin çox istifadə edildiyi bir mövqeyə malikdir. O halda, Qur`an`ın endiyi Ərəb dilindəki mövcud üslubu izləməsi, o dildə istifadə edilən təmsillər və təşbehlərə yer verməsi çox uyğundur.

- İşdə "dəvə (və ya halat(kəndir)) iynə dəliyindən keçənə qədər, onlar cənnətə girə bilməyəcəklər." tərcüməsindəki təşbeh və təmsil də bu ədəbî vəziyyətdən qaynaqlanan bir üslubdur. Bu cür bir üslubda axtarılması lazım olan şey, ifadə edilmək istənən gerçəyə qatqısının olub olmadığıdır. Əgər açıqlanması istənən gerçəyin daha yaxşı başa düşülməsinə köməkçi olursa, söz mövzusu üslub, bəlağət elminin qəbul etdiyi bir performansa sahib olduğu; əksinə belə bir qatqı etməyən bir üslubun ədəbî vecheye sahib olmadığı aydın olar.

- Qur`an`da qeybî bir məsələ olan cənnətə girib girməmə barəsində bəzi meyarlar ortaya qoyulmuşdur. Cənnətə girmək üçün iman və saleh əməl/gözəl iş etmək zəruri olduğu kimi, imansızlıq və itaətsizlik də cənnətə getməyə mane olan ən böyük faktordur. Bu qeybî mövzunu göz önünə sərmək üçün təmsil yoluna baş vurmaq, Qur`an`ın çox istifadə etdiyi bir üslubdur. Bu ayədə də bir gerçəyi göz önünə sərmək, gözlə görünər bir misalla taclandırmaq, qeybî  bir həqiqəti hər kəs tərəfindən asanca qəbul edilə bilən bir pəncərədən göstərmək üçün  belə bir təmsil istifadə edilmişdir:

"O kəslər ki, ayələrimizi yalan hesab edər, və onlara təkəbbürlə yanaşarlar; Onlara göyün qapıları açılmaz, və Cənnətə daxil ola bilməzlər; taki dəvə iynənin gözündən keçməyənə qədər.  Günahkarlara belə cəza veririk! Onlar üçün Cəhənnəmdən (atəşdən) döşək, üstlərindən də (örtmək üçün atəşdən) yorğan vardır. Zalımları belə cəzalandırırıq! " (Araf, 7/40)

- Bu Âyədə, bütün canlıların arasından dəvə seçilmişdir. Çünki Qur`an`ın ilk həmsöhbətləri olan Ərəblər qatında ən böyük heyvan dəvə idi. Bir də iynənin dəliyi zikr edilmiş, çünki o da dəliklərin ən darıdır. Dəvənin o böyük bədəninə baxmayaraq o dar iynə dəliyindən keçməsi qeyri-mümkündür. Elə isə kafirlərin də cənnətə girmələri imkansızdır.

   Bunun məntiq baxımından yadırğanılacaq heç bir tərəfi yoxdur. Bir kəndirin və ya bir dəvənin bir iynə dəliyindən keçməsi nə qədər qeyri-mümkün isə, bir inkarçının cənnətə girməsi də o qədər qeyri-mümkündür. Yolu dəyişdirmənin hər vaxt mümkün olduğu bu dünya həyatındakı insanlara, açıq bir misalla küfrün çıxmaz sokak(küçə) olduğunu bildirmək qədər şəfqətli bir xəbərdarlıq ola bilməz.



03-05-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz