Ana səhifə

Əraf Surəsində keçən "a`raf əhli" kimlərdir?


YazdırSend to friend

Arafla əlaqədar izaha keçmədən əvvəl, Araf Surəsində keçən "Araf" və "Araf əhli" haqqındakı ayə tərcümələrini verək. Cənnətliklərlə Cəhənnəmliklərin vəziyyəti və aralarındakı danışmaların zikr edildiyi ayələrdən sonra "Araf"la əlaqədar bu ayələr iştirak etməkdədir:

 

"Cənnət ilə Cəhənnəmin arasında bir sur vardır. Orada olan Araf əhli kəslər, Cənnət və Cəhənnəm əhlinin hamısını üzlərindən tanıyar. Onlar Cənnət əhlinə, ‘Sizə salam olsun` deyə səslənərlər. Özləri Cənnətə girməmiş, lakin girmə iştiyakı içindədirlər."

 

"Gözləri Cəhənnəm əhlinə çevrildiyində isə, ‘Ey Rəbbimiz! Bizi zalımlar birliyi ilə birgə saxlama.' deyərlər."

 

"Araf əhli, üzlərindən tanıdıqları Cəhənnəmdəkilərə səslənərlər və deyərlər ki: ‘Nə dünyadakı tərəfdarlarınızın çoxluğu, nə sərvətiniz, nə də böyüklük göstərməniz sizə bir fayda vermədi.` Allah onları rəhmətinə çatdırmaz deyə and içərək kiçik hesab etdiyiniz kəslər, bu Cənnət əhli olan zəif və kasıblardır? Siz də ey möminlər; girin Cənnətə. Sizə nə bir qorxu vardır, nə də qəmli olarsınız." (1)

 

"Araf", "arf" sözünün cəmi yəni çoxluğudur. Təfsirlərimizdə Araf haqqında bir çox izahlar var. Ancaq bunların içində təfsirçilərin çoxunun ittifaq etdiyi görüş, "Araf"ın Cənnətlə Cəhənnəm arasında bir pərdə, yüksək bir sur və təpələr mənasını verdiyidir. İbni Abbas isə, "Sırat Körpüsü üzərində olan şerefelerdir." deməkdədir.

 

Həsəni Bəsri Həzrətləri isə belə deməkdədir:

 

"Bu kəslər, Allahın, Cənnət və Cəhənnəm əhlini bir-birindən ayırmaq üçün təyin etdiyi insanlardır. Vallah, bilməm, amma bunlardan bəziləri indi bərabərimizdədir." (2)

 

Arafdakılara, "Araf" deyilməsinin səbəbi isə, onların, insanları əməllərinə görə tanımalarıdır. Yenə təfsirlərimizdə izah edildiyinə görə, Cənabı Haqq, Mizanda savab və günahları ölcüb, Cənnətlik və Cəhənnəmlikləri ayırd etdiyi zaman, savab və günahı bərabər olanları bir müddət gözlədəcək. Sırat körpüsünün yanında olan bu kəslər, Cənnətlik və Cəhənnəmlikləri tanıyacaqlar, Cənnət əhlini gördükləri zaman, "Allahın salamı sizin üzərinizə olsun." deyəcəklər; sol tərəflərinə baxdıqları zaman da Cəhənnəm əhlini görəcəklər, olduqları yerdə Allaha sığınaraq, "Ya Rəbbi, bizi bu zalım birlikdən etmə." deyə dua edəcəklər. Cənnətliklər və Cəhənnəmliklər getdikdən sonra Cənabı Haqq onları rəhmətiylə bağışlayıb Cənnətə qoyacaq. (3)

 

Necə ki, Peyğəmbərimiz (s.ə.v.)-a Araf əhlinin kimlər olduğu soruşulduğunda, belə buyurmuşdur:

 

"Cənabı Haqq qullarını ayırdıqdan sonra ən son qalan qullarına da, ‘Savablarınız sizi Cəhənnəmdən qurtardı, lakin Cənnəti haqq edə bilmədiniz. Sizi mən rəhmətimlə Cəhənnəmdən azad edirəm. İstədiyiniz Cənnətə daxil olun.` buyuracaq." (4)

 

Ayrıca, Araf əhlinin bəzi rəvayətlərdə insan olmayıb mələklərdən bir sinif olduğu da bildirilməkdədir. Bütün bu izahlar və şərhlər, ayələrin məfhum və tərcüməsinə uyğundur.

 

Lakin İbrahim Haqqı Həzrətləri, Mərifətnaməsində, dini mükəlləfiyyətlərdən azad olan dəlilərin və kafir uşaqlarının Araf əhli olduğunu, Cənnətlikləri gördükləri zaman, o nemətlərə qovuşa bilmədikləri üçün qəmli olduqlarını, Cəhənnəmliklərə baxdıqları zaman da öz hallarına şükr etdiklərini və bu halda əbədi olaraq orada qalacaqlarını bildirməkdədir.

 

Bununla birlikdə, "Araf" və Araf əhli haqqında edilən bütün bu izahlar, əlaqədar ayənin bir təfsirindədir. Əsas mahiyyətini ancaq Allahu Təala bilər.

 

Qaynaqlar

1. Araf Surəsi, 47-49.

2. ət-Tefsirul-Kebir, 14:87.

3. Taberi Təfsiri, 8:136-139.

4. A. k. ə.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz