Ana səhifə

ƏS-SƏMİ / ƏL-BASAR


YazdırSend to friend

Səmi': "Gizli aşkar hər şeyi eşidən."

 

Basar: "İşıqlıq qaranlıq, uzaq yaxın, böyük kiçik hər şeyi görən,

müşahidə edən."

 

"...Allahın ayələri haqqında münaqişə edənlərin sinələrində, ancaq, çata bilməyəcəkləri bir qürur vardır. Sən Allaha sığın. Şübhəsiz O, Səmidir,

Basardır." (Mömin, 56)

 

Maddədən uzaq olan Allahın eşitməsi, insan idrakının qavraya bildiyi və xəyalının çata bildiyi hər cür eşitmədən uzaqdır; bunların heç birinə oxşamaz.

 

Biz hava ünsürü olmadan, içimizdəki bir arzunu qarşımızdakına eşitdirə bilmərik. Amma, Allah bizim ürəyimizdən keçən hər arzunu bilər. Ürəyin arzu duyması, şifahi istəməyə bənzəmədiyi kimi, ürəyin səsini eşitmək də havadakı sözləri eşitməyə oxşamaz.

 

Bu bənzəməzliyin bir işarəsini Cənabı Haqq insanın mahiyyətinə qoymuşdur. İnsan, oyanıqikən qarşısındakını görər və onların danışmalarını eşidər; bu görməyə göz, bu eşitməyə də qulaq vasitə olmuşdur. Amma yuxu aləmində yenə həmsöhbətləriylə görüşər və danışar; lakin gözləri yuxuya getmiş, qulaqları bu aləmdən əlaqəsini kəsmişdir. Yuxu aləmində nə hava ünsürü vardır, nə danışanın səs telləri, nə də dinləyənin qulaqları.

Bizim havadan faydalanaraq səs tellərimizi hərəkət etdirməmiz və ağılımızdakı bir mənanı, beləcə sözlərə tökməmiz, onu insanlara eşitdirmək üçündür.

O danışmanın ilahi hikmət və qüdrətə baxan bir tərəfi var ki çox əhəmiyyətlidir:

Ağızımızdan çıxan bir söz havada bir ilahi möcüzə olaraq milyonlarla sözə çevrilər. Hava səhifəsi bizim danışmamızla sanki dolub daşar. Eyni səhifəyə, digər insanların danışmalarından quşların cıvıldaşmalarına, göy guruldamasından suların şırıltılarına qədər nə qədər səslər də yerləşərlər. Bu varlıqların özləri dünyada xoş bir mənzərə təşkil etdikləri kimi, səsləri də hava səhifəsində ayrı bir möcüzə sərgiləyərlər. Və bu sənət əsərini, Cənabı Haqq mələklərinə və ruhanilərə seyr etdirər.

Görməyə gəlincə: Günəşi və günəş işığını, gözü və göz nurunu yaradan və bir yağ parçasına görmə qabiliyyəti verən Allah, beləcə bir hikmət və qüdrət möcüzəsi sərgiləmiş olur. Yoxsa mələklərin gözsüz görmələrinin də şahidliyiylə, görmə üçün mütləq göz lazım deyil.

İnsanın görməsi cüzidir. Yəni bir anda ancaq bir istiqamətə baxa bilər və bir şeyi seyr edə bilər. Başqalarını görə bilməsi üçün nəzərini ilk gördüyü cisimdən çəkməsi lazımdır.

Allahın bütün sifətləri kimi görməsi və eşitməsi də bütündür, mütləqdir və sonsuzdur. Yəni, hər şeyi birlikdə görər və eşidər.



03-12-2009 12:00:00