Ana səhifə

ƏS-SALAM


YazdırSend to friend

"Şəxsi qüsurdan, sifətləri nöqsanlıqdan və hərəkətləri şərdən salam olan. "(İmam Qəzali)

 

"Məxluqatını hər cür təhlükələrdən salamatlığa çatdıran."

 

"Cənnətdəki qullarına salam edən."

 

"O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Kuddusdur; Salamdır..." (Həşr, 23)

 

Allah, Vacib-ul Bədəndir, yəni varlığı özündəndir və yox olmaqdan salam.

 

Qüdrəti sonsuzdur və aciz qalmaqdan salam. Bir başqa qüdrətin, o mütləq qüdrəti məhdudlaşdırması, işindən məhrum etməsi imkansızdır.

 

Həmçinin, Allahın bütün sifətləri dəyişikliyə getməz. Yəni, onlar üçün bir nöqsanlaşma, bir fərqliləşmə, itmə, yox olma düşünülə bilməz.

 

Və Allahın bütün hərəkətləri məxluqatını salamatlığa çatdıracaq şəkildə cərəyan edər. Bu hərəkətlər, zülmdən, pislikdən, hikmətsizlikdən qısacası bütün nöqsanlıqlardan və səhvlərdən uzaqdır.

 

Canlı cansız hər şeyi, yoxluqdan varlığa salamat çıxaran Allah, özünə iman edərək istiqamət üzrə ömür sürən qullarını da qəbir və məhşər mərhələlərindən salamat keçirərək ‘Darus salam' olan Cənnətinə çatdıracaq və orada bu bəxtiyar qullarına ‘Salam' deyə xitab etməklə, bütün dərd və əziyyətlərdən, xəstəlik və müsibətlərdən salamat bir həyat yaşayacaqlarını müjdələyəcək.

 

Bu müjdəyə çatmaq istəyən bir qul, ürəyini hər cür şübhələrdən, ağlını pozqun fikirlərdən, dilini səhv sözlərdən, mədəsini haram loxmadan, qısacası həm ruhunu, həm də bədənini sonu əzab olacaq şeylərdən uzaq tutmağa çalışacaq. Onsuz da, Müsəlman deyilincə, ‘Allaha tam təslim olmaqla bu salamatlığa çatmış bəxtiyar qul' aydın olar.

 

•••

 

Salam adı, bizi Darussalama çağırar və o aləmə uyğun bir həyat etməyimizi xəbərdarlıq edər.



09-11-2009 12:00:00