Ana səhifə

ƏS-SAMƏD


YazdırSend to friend

1- Əhad adı, ‘Əsma'ül Hüsna' hədisində keçməməklə birlikdə, Vahid adıyla fərqini ifadə etmək məqsədiylə burada açıqlanmasında fayda görülmüşdür.

 

"Hər şey özünə möhtac olduğu halda, özü heç bir şeyə möhtac olmayan."

 

"De ki, O, Allah, təkdir. Allah Saməddir." (İxlas surəsi, 1, 2)

 

İlahi elmdə təqdir edilmiş olan mahiyyətlər, bu görünən aləmə gəlmək üçün Allahın iradə və qüdrətinə möhtac olduqları kimi, var olduqdan sonra da varlıqlarını davam etdirmələri üçün yenə ilahi rəhmət və inayətə möhtacdırlar. Lakin, Allah onları yaratmağa və varlıqlarını davam etdirməyə möhtac deyil.

 

Bütün canlıların, orqanlarından ruzilərinə qədər, hər cür ehtiyaclarını, Allah yerinə yetirməkdədir. Allah, o ehtiyacları istəsə bir başa verər, istəsə bir başqa məxluqunun əliylə göndərər. Hər iki halda da həmd və şükr ancaq Ona edilər və edilməlidir.

 

İxlas surəsində, bu addan əvvəl iki ilahi ad daha keçər: Allah və Əhad adları. Və bu addan sonra Allahın ‘doğmaqdan və doğulmaqdan uzaq olduğu ifadə edilər.

 

Bu həqiqətlər birlikdə düşünüldüyündə belə bir məna ortaya çıxar:

 

Bütün doğuran və doğurulanların hər cür ehtiyaclarını, ancaq Əhad və Saməd olan Allah, yerinə yetirər.

 

İnsanın ehtiyacları ilahi adların təcəlliləriylə qarşılanmaqdadır. İnsan, ruzi istəyirsə Rəzzaq adına möhtacdır, şəfa istəyirsə Şafi adına, mülk istəyirsə Ğani və Malik adlarına möhtacdır. Qulun bütün bu maddi və mənəvi ehtiyaclarını, ancaq Allah edir. Çünki sonsuz sifətlər Ona aid olduğu kimi bütün ən gözəl adlar da Onundur.

 

Qulun bu addan alacağı feyz, hər ehtiyacı üçün Saməd olan Rəbbinə sığınması və hər şeyin Allaha möhtac olduğunu bilərək möhtaclara dilənçi olmamasıdır.

 

Bir eşq əhlinin bu duası, bu nöqtədə, çox mənalıdır:

 

"Namımı dəftəri aşiqlərindən ixrac eyləmə,

Öz möhtacını möhtacına möhtac eyləmə."



03-12-2009 12:00:00