Ana səhifə

Əsgərin məişətini Kim təmin edir?


YazdırSend to friend

     İ’lem eyyühe’l-aziz! (Ey Əziz Oğul) "Qafil olan insan, öz vəzifəsini tərk edər, Allah'ın vəzifəsiylə məşğul olar. Bəli, insan, qəflətdən dolayı, iqtidarı daxilində asan olan übudiyyət (qulluq) vəzifəsinin tərk etməklə, zəif qəlbi ilə rububiyətin* ağır vəzifəsi altına girər, altında əzilər. Və eyni zamanda bütün istirahətini itirməklə asi, şaki, xain adamların qrupuna daxil olar.

     Bəli, insan bir əsgərdir. Əsgərlik vəzifəsi başqa, hökumətin vəzifəsi başqadır. Əsgərlik vəzifəsi təlim, cihad kimi din və vətəni qoruyacaq işlərdir. Hökûmətin vəzifəsi isə, ərzaqını, libasını, silahını verməkdir. Buna görə də, ərzaqını təmin etmək üçün əsgərliyə aid vəzifəsini tərk edib ticarətlə -məsəlâ- məşğul olan bir əsgər, şaqî və xain olar. Bu baxımdan, insanın Allah'a qarşı übudiyyət (qulluq), vəzifəsidir. Tərk-i kəbair (günahları tərk), təqvasıdır. Nəfs və şeytanla məşğul olması, cihadıdır.

     Amma gərək nəfsinə, gərək övlad və yaxın qohumlarına həyat vəsaitini tədarük etmək Allah'ın vəzifəsidir. Bəli, madam həyatı verən Odur. O həyatı qoruyacaq ləvazimatı da O verəcək. Yalnız, hökumətin əsgər üçün ofislərdə cəm etdiyi ərzaqı əsgərlərə daşıtdırdığı, təmizlətdirdiyi, öğüttürdüğü, bişirtdiyi kimi, Cənâb-ı Haqq da həyat üçün lazım olan ləvazimatı kürə-i ərz (yer kürəsi) ofisində yaradıb cəm etdikdən sonra, o ərzaqı toplanmasını və sair əhvalını insana etdirər ki, insana bir məşğuliyyət, bir əyləncə olsun və ətalət, bətâlət (təmbəllik, avaralıq) əzabından qurtulsun.

     Ey insan! Rahm-ı mâdərdə (ana rəhmi) ikən, körpə ikən, ixtiyar və iqtidardan məhrum bir vəziyyətdə ikən, səni bir ləziz ruzilər ilə bəsləyən Allah, sən həyatda qaldıqca o ruzini verəcək. Baxsana: Hər bahar mövsümündə sath-ı ərzdə (yer səthində) yaradılan ənva-ı ərzaqı (ruzi növlərini) kim yaradır və kimlər üçün yaradır? Sənin ağzına gətirib salacaq deyil ya! Yahu, əyləncələrə, bağçalara gedib budaqlarda sallanan o gülər üzlü ləziz meyvələri qoparıb yemək zəhmət ola bilərmi? Allah insaf versin!

    Xülasə: Allah'ı ittiham etməklə işini tərk edib Allah'ın işinə qarışma ki, nankor asilər dəftərinə qeyd olunmayasan.

 

    *Rəbb`lik; Allah'ın hər varlığa yaradılış qayələrinə çatmaları üçün möhtac olduğu şeyləri verməsi, onları tərbiyə edib idarəsi və hakimiyyəti altında saxlaması

    Risale-i Nur Külliyatı | Məsnəvi-i Nuriye | Onuncu Risalə



20-07-2015 12:00:00