Ana səhifə

Əsmaul-Husna: Allahın gözəl adları hansılardır?


YazdırSend to friend

 

Allaha öz adları ilə dua etmək, duanın qəbuluna vəsilədir. Bu mövzuda Peyğəmbərimiz (s.ə.s)dən bir neçə yerdən rəvayət edilən hədislər var. Bunlardan biri də Əsmaul-Husnanın özlərinin də olduğu hədislərdir. Büreydə (r.ə.)dan rəvayət edilən bir hədisdə, Hz. Peyğəmbər (s.ə.s)in, dua edən bir adamdan bunları eşitdiyi rəvayət edilməkdədir: "Allahım, şahidlik etdiyim bu xüsuslar səbəbiylə səndən tələb edirəm: Sən, özündən başqa ilah olmayan Allahsan, birsən, Samədsən (heç bir şeyə ehtiyacın yox, hər şey sənə möhtac), doğmadın, doğulmadın, bir yoldaşın və bənzərin yoxdur." dediyi və bunun üzərinə Əfəndimiz (s.ə.s.)in belə buyurduğu rəvayət edilməkdədir:

 

"Nəfsimi qüdrət əlində tutan Şəxsə and olsun, bu kimsə, Allahdan İsmi Azàmı adına tələbdə oldu. Bunu bilin ki, kim İsmi Azamla dua etsə Allah ondan razı olar, kim Ondan tələbdə olsa  (Allah ona dilədiyini mütləq) verər. "(1) Mihcən İbnul-Ədra' (r.ə.)dan rəvayət edilən bir hədisdə isə, "günahları üçün bağışlanma" diləyərək, "Allahım Sən Gafürsun, Rəhimsən!" deyir və bunu eşidən Peyğəmbərimiz (s.ə.s.); "O bağışlanıldı. O bağışlanıldı. O bağışlanıldı! "(2) buyurur.

 

 

Hz. Əbu Hüreyrə (r.ə.) rəvayət edir: "Rəsulullah (s.ə.s.) buyurdu ki:

 

"Allahın doxsan doqquz adı vardır. Kim bunları əzbərləsə cənnətə girər. Allah təkdir, təki sevər." Bir rəvayətdə: "Kim o adları saysa cənnətə girər." buyurmuşdur. (3)

 

Əbu Hureyrənin rəvayət etdiyi Əsmaul-Husna bunlardır:

 

"Rəsulullah (s.ə.s.) buyurdu ki:

 

"Allah Təala həzrətlərinin doxsan doqquz adı vardır, yüzdən bir əskik. O, təkdir, təki sevər. Kim bu adları əzbərləsə cənnətə girər. Onlar bunlardır:

 

Allah, əl-Vahid, əs-Saməd, əl-Əvvəl, əl-Axır, əz-Zahir, əl-Batin, əl-Xaliq, əl-Bari, əl-Musavvir, əl-Məlik, əl-Haqq, əs-Səlam, əl-Mumin, əl-Muhəymin, əl-Əziz, əl-Cəbbar, əl-Mətəkəbbir, ər-Rəhman, ər-Rəhm, əl-Lətif, əl-Habir, əs-Səmi', əl-Basar, əl-Alim, əl-Əzm, əl-Barr, əl-Mutəal, əl-Cəlil, əl-Cəmil, əl-Hayy, əl-Qayyum, əl-Qədr, əl-Kahir, əl-Aliyyu, əl-Hakim, əl-Karib, əl-Mucib, əl-Ganiyyu, əl-Vəhhab, əl-Vədud, əş-Şəkur, əl-Macid, əl-Vacid, əl-Vali, ər-Raşid, əl-Afuvvu, əl-Ğafur, əl-Halım, əl-Kərim, ət-Təvvab, ər-Rəbb, əl-Məcid, əl-Vəliyyu, əş-Şəhid, əl-Mubin, əl-Burhan, ər-Rauf, əl-Mubdiu, əl-Muid, əl-Baisu, əl-Varisu, əl-Kaviyyu, əş-Şədidu, ət-Darru, ən-Nafiu, əl-Baqi, əl-Vaqə, əl-Hafıd, ər-Rəfi', əl-Kabıd, əl-Basıt, əl-Muızzu, əl-Muzillu, əl-Muksıt, ər-Rəzzaq, Zul-Kuvvə, əl-Mətn, əl-Qaim, əd-Daim, əl-Hafiz, əl-Vəkil, əl-Fatır, əs-Sami, əl-Muti, əl-Muhyi, əl-Mumit, əl-Mani, əl-Cami, əl-Hadi, əl-Kafı, əl-Əbəd, əl-Alim, əs-Sadıq, ən-Nur, əl-Munir, ət-Tamm, əl-Qədim, əl-Vitri, əl-Ahadu, əs-Samədu, Əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhi kufuvən ahad."

 

Zuhri deyir ki: "Mənə bir çox elm əhlindən çatdığına görə, bu Əsmai Hüsnanın oxunmasına "Ləə iləhə illallahu vahdəhu lə şərikə ləh. Ləhul Mulku və Ləhul-Həmdu bi-yədihil-Hayr və huvə ala kullu şeyin qadir, lə iləhə illallahu, Ləhul-Əsmaul-Husna" deyə başlanmalıdır.

 

(1) Tirmizi, Daavat 65, (3471); Əbu Davud, Salat 358, (1493).

(2) Əbu Davud, Salat 184, (985); Nəsai, Səhiv 57, (3, 52).

(3) Buxari, Daavat 68; Müslim, Zikr 5, (2677); Tirmizi, Daavat 87, (3502).

 



09-11-2009 12:00:00