Ana səhifə

ƏT-DARR / ƏN-NAFİ


YazdırSend to friend

Darr: "Diləsə qullarına zərər verən."

 

"Zərər verici şeyləri yaradan."

 

Nafi': "Dilədiyi qullarına fayda verən."

 

"...Rəhman (olan Allah), mənə bir zərər diləyəcək olsa, onların şəfaəti mənə bir fayda verməz, məni qurtara bilməzlər." (Yasin surəsi, 23)

 

 

Bu iki ad, xeyr və şərin Allahdan olduğunu, yəni hər ikisinin də Allah tərəfindən yaradıldığını bildirir.

 

Bilindiyi kimi xeyr və şər, ‘hərəkətin sifətiylə' əlaqədardır. Yəni, bir iş razılığa uyğun isə ‘xeyr', deyilsə ‘şər' adını alar. Hər iki halda da hərəkəti yaradan Allahdır.

 

Yazma hərəkətini düşünək: Beyni, düşünəcək şəkildə proqramlaşdıran, əli də qələm tutmağa uyğun şəkildə yaradan Allahdır. Bir kimsə, faydalı şeylər yazırsa bu yazma hərəkəti xeyr olar, zərərli şeylər yazmaq isə şərdir. Hər iki halda da ‘yazma' hərəkətini Allah yaradar.

 

Cənabı Haqq, qullarının əliylə, digər qullarına zərər və mənfəət verdiyi kimi, bəzi adlarını doğrudan təcəlli etdirməklə də onları faydalandırar yaxud zərərə çatdırar.

 

Dolu ilə xarab olan əkinlər Darr adının bir təcəllisi olduğu kimi, yağışla yaşıllaşan çəmənlər də Nafi' adından bir təcəlli daşıyarlar.



03-12-2009 12:00:00