Ana səhifə

Ətrafımızda, az da olsa, \"Görmədiyimə inana bilmərəm\" deyən insanlarla qarşılaşırıq. Bunlara bu səhv düşüncələrindən imtina etdirmək üçün nələr söyləməliyik?


YazdırSend to friend

 

Buda həqiqətdir ki; varlıq aləmi yalnız beş duyğu ilə hiss edilə bilənlərdən ibarət deyil. İnsan, görmə duyğusu ilə, yalnız maddə aləmini görər. Diliylə dadlar aləmini, qulağıyla səslər aləmini, burnuyla qoxular aləmini hiss edər. Halbuki; elektrik, cazibə, şüalar aləmi, radyoaktif dalğalar və nə qədər həqiqətlər vardır ki, bunlar, nə görülərlər nə də eşidilərlər. Bununla birlikdə, bu həqiqətlərin varlığı şübhəyə düşməz.

 

Bu prinsipi göz ardı edən bir qisim insanlar, görmədiyimə inanmam deyərək bütün varlıq aləmini, yalnız gözləriylə gördükləri maddi əşyadan ibarət sanaraq, böyük bir səhvə yol verərlər. Halbuki bir şeyin gözlə görünməməsi onun yoxluğuna dəlil ola bilməz. Çünki bu aləmdə gördüklərimizə nisbətlə görə bilmədiklərimiz daha çoxdur. Hətta insan bədənində ağıl, xəyal, yaddaş kimi görünməyən varlıqlar, görünəndən qat qat çoxdur.

 

"Görmədiyim şeyə inanmam." sözünün altında, ağlın vəzifəsini gözə yükləmə yanılması yatmaqdadır. Halbuki insandakı hər duyğu ayrı aləmin qapısını açar; birinin vəzifəsi digərindən gözlənilməz. Məsələn, göz, qulağın; burun, dilin vəzifəsini edə bilməz. İnsan, gözüylə nə yeməyin dadına, nə bülbülün səsinə, nə də gülün qoxusuna baxa bilər. Göz bu orqanların vəzifələrini yerinə gətirə bilməzkən, əlbəttə ağlın funksiyasını da icra edə bilməz.

 

Məlumdur ki; hər hansı bir əsər, göz ilə göründüyü halda, ustası ağıl ilə aydın olar. "Görmədiyimə inanmam." deyən bir insan, bu əsərin quruluşçusunu inkar vəziyyətinə düşər. Eynilə bu nümunədə olduğu kimi, sonsuz bir qüvvət, elm və sənət məhsulu olan bu möhtəşəm kainatı seyr etdiyi halda, onun sənətkarını qəbul etməyən insan, elm və ağıldan uzaqlaşmış olar.

 

Belə bir insan, bu kainatda hər an təcəlli edən və Allahın varlığını günəş kimi göstərən, yaratma, ruzi vermə, həyat vermə kimi sərhədsiz hadisələri necə açıqlayacaq?

 

"Hər şeyi maddədə axtaranların ağılları gözlərindədir, göz isə mənəviyyatda kordur."



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz