Ana səhifə

Əzm, Kəbir və Aliyy adları arasındakı fərq nədir?


YazdırSend to friend

Əzm, Kəbir və Aliyy adları arasındakı incə fərqi bir dərəcə anlamaq üçün bunların qarşılığı olaraq istifadə edilən ‘uca, böyük və yüksək' sözlərinə baxmaq lazımdır. Bu sözlər, o adların mənalarını tam ifadə etməsələr də, aralarındakı fərq barəsində bizə bir fikir verə bilərlər. Yəni, bu üç söz eyni mənaya gəlmədikləri kimi, bu adlar da eyni deyildirlər.

 

Bir də bu adların ziddlərinə baxdığımızda, ‘əzm' sözünün ziddi 'alçaq', ‘kəbirin ziddi kiçik, ‘Aliyy ziddi 'aşağı' və ya 'alçaqdır.'

 

Bilindiyi kimi, Günəşlə Dünya arasındakı məsafə, təxminən yüz əlli milyon kilometrdir və işıq, bu uzun məsafəni səkkiz dəqiqədə qət etdiyi halda, işığı hələ dünyaya çatmamış ulduzlar vardır.

 

Səmanın bu ucsuz-bucaqsız genişliyini və yüksəkliyini gözlərin əhatədən və ağılların idrakdan aciz qalması nöqtəsində, səma əzmdir.

 

Səmanın böyüklüyü yanında dünyadakı bütün böyük cisimlərin kiçik qalması istiqamətiylə, səma kəbirdir.

 

Səmanın yüksəkliyi yanında dünyadakı bütün yüksəkliklərin süfli qalacağı cəhətiylə də səma Aliyydir.

 

Bu misal, maddədən uzaq olan Allahın əzəmət, ulviyet və kibrini anlamaqda, əlbəttə tam bir ölçü ola bilməz. Çünki, heç bir cəhətlə məxluquna bənzəməyən Allahın böyüklüyü, əzəməti və ulviyeti də özünə xasdır və bunların bir bənzəri düşünülə bilməz. Ancaq, bu misal ilə haqqında danışılan adların eyni olmadıqları, bir dərəcə aydın ola bilsə məqsəd hasil olmuş deməkdir.



03-12-2009 12:00:00