Ana səhifə

‌İmam Əbu Cəfər ƏT-TAHAVİ ( حمة الله ضد )(ö. 933)


YazdırSend to friend

   İmam Təhavi  رحمة الله ضد) 853)–cü ildə dünyaya gəlmiş, 933-cü ildə vəfat etmişdir.  İmam Təhavi, Kutubu Sittə müəlliflərinin dövründə yaşamış və bunların bir qismi ilə hədis rəvayət etmişdir. Səhihi Buxarinin müəllifi İmam Əbu Abdullah Muhamməd b. İsmayıl əl- Buxari ( رحمة الله ضد ) vəfat etdiyində Təhavi (رحمة الله ضد) on yeddi yaşinda idi. Səhihi Müslimin müəllim Müslim b. əl–Haccac (رحمة الله ضد) vəfat etdiyində iyirmi iki, Sünən sahibləri Əbu Davud əs–Sicistani ( رحمة الله ضد) vəfat etdiyində otuz altı, Əbu İsa ət–Tirmizi ( رحمة الله ضد ) vəfat etdiyində qırx, Əhməd b. Şuayb ən–Nəsai (رحمة الله ضد) vəfat etdiyində altımış dörd yaşında idi. Digər Sünən sahibi Muhamməd b. Yezid b. Macə (رحمة الله ضد ) vəfat etdiyində də otuz dörd yaşında idi.

   İmam Təhavinin (رحمة الله ضد) dayısı imam Muzəni ( رحمة الله ضد) , İmam Şafi fıqhini ən yaxşı bilən, İmam Şafinin elmini təbliğ edən biridir. Qurani–Kərimi Əbu Zəkəriyya Yəhya b. Muhamməd b. Amrusdan ( رحمة الله ضد) öyrəndi. Bu ustadı haqqında, “Məsciddə yanında Quranı xətm etmədiyi heç bir dirək yoxdur”, deyilmişdir.

  Daha sonra dayısı Əl-Muzənnidən ( رحمة الله ضد ) fiqh öyrənmiş Şafi fiqhinə dair yazdığı əl-Müxtəsəri ondan dinləmişdir. Təhavi (رحمة الله ضد) bu kitab ilə fiqh öyrənən ilk kimsədir.

   Şafi Məzhəbindən Hənifə Məzhəbinə keçməsi:

   İmam Təhavi (رحمة الله ضد) iyirmi  yaşına gəlincə, əvvəlki görüşlərini tərk etmiş, fiqh sahəsində Əbu Hənifənin üsuluna keçmişdir.Bunun müxtəlif səbəbləri vardır:

   1 – О dayısının Əbu Hənifənin əsərlərini mütaliə etdiyini, onları davamlı oxuduğunu, onlardan təsirləndiyini görürdü. əl-Xəlili (رحمة الله ضد) belə deyir: “Hafiz Abdullah b. Muhammədi ( رحمة الله ضد ) belə deyərkən dinlədim: “Mən Muhamməd b. Əhməd əş–Şərrutini ( رحمة الله ضد ) belə deyərkən dinlədim: “Təhaviyə: “Nə üçün dayının məzhəbinə müxalif çıxıb Əbu Hənifənin məzhəbini seçdin?” deyə soruşdum 0 “Çünki mən dayımın da Əbu Hənifənin kitablarını çox mütaliə etdiyini gördüm.Bu səbəbdən mən də Hənəfi məzhəbinə keçdim",cavabını verdi".

   2– İmam Şafinin tələbələri ilə Əbu Hənifə məzhəbinə mənsub  elm  adamları arasında gözü qarşısında cərəyan edən və şəxsən qulaq asdığı elmi müzakirələr.

   3 - Hər iki məzhəb ilə əlaqədar yazılmış əsərlər. Bu əsərlərin hər birisi, haqqında ixtilaf edilmiş məsələlərlə əlaqədar olaraq, birinin digərinə verdiyi cavablar da iştirak etməkdədir. Məsələn əl–Muzəni, əl–Müxtəsər adlı əsərini təlif edərək çeşitli məsələlərdə Əbu Hənifənin görüşlərini rədd etmiş, daha sonra Qazi Bəkkar b. Kuteybə onun bu görüşlərini rədd edən bir başqa əsər təlif etmişdir.

   4- Bəkkar b. Kuteybə, İbn Əbi İmran və Əbu Həzim kimi, qazilik vəzifəsinə gəlmələri səbəbiylə Misir və Şam bölgələrinə gələn elm adamları arasında Əbu Hənifənin məzhəbini mənimsəyən elm adamları.

   İbn Asakirin (رحمة الله ضد) Dəməşq Tarixində (11, 177- 178) Təhavinin ( رحمة الله ضد ) belə dediyini nəql etməkdədir: “Elm yazdığım ilk adam əl-Muzənidir. İmam Şafinin fikirlərini mənimsəmişdim. Aradan illər keçdikdən sonra Əhməd b. Əbi İmran Misirə qazi olaraq gəldi. Onunla birlikdə oturub-durmağa başladım və onun fikirlərini mənimsədim.

   Özü kufəlilərin üsuluna görə fiqh sahəsində alim biri idi. Beləlilklə məndə ilk məzhəbimi tərk etdim. (Dayım) əl– Muzənini röyamda gördüm. Mənə:"(Bu adam ) səni qəsb etdi,ey Əbu Cəfər,səni qəsb etdi ey Əbu Cəfər, deyirdi".

   Müəllimləri:

  1. Böyük elm adamı, İmam, İslam ümmətinin “fəqihi, zahidlərin öndəri İsmayil b. Yəhya b.Əmr b. əl-Muzəni əl-Misri. İmam Şafınin tələbəsi, əl-Müxtəsər, əl-Camiul-Kəbir, əl-Camius-Sağir, əl- Mənsur və bənzəri bir çox əsərin müəllifi olub,müctəhit biri idi.

   2. İmam, böyük elm adamı, Hənəfi məzhəbinin ən böyük ustadı Əbu Cəfər Əhməd b. Əbu İmran Musa b. İsa əl–Bağdadi. Fəqih, mühəddis.

   Bu müəllimi İmam Əbu Yusuf və İmam Muhamınəd b. əl–Həsən əş–Şeybaninin tələbələrindən fiqh öyrənmiş. İmam Təhavi də onunla eyni ləqəbə sahib Əhməd b. Əbu İmran ilə birlikdə oturub–durmağa başlamış və iyirmi ilə yaxın ondan fiqh öyrənmişdir.

    Əbu Süleyman b. Zəbərin Təhavidən nəql etdiyinə görə, Hənəfi məzhəbinə keçməsində bu müəlliminin böyük bir təsiri olmuşdur. Əbu Cəfər bu müəllimiylə öyünür və ondan çox rəvayət edərdi.

   3– Böyük fiqh alimi, böyük elm adamı, qazilər qazisi Əbu Həzzim Abdulhəmid b. Əbdüləziz əs–Səkuni əl–Bəsri əl-Hənəfi. Bu şəxs Şam, Kufə, Kərh və Bağdadda qazilik vəzifəsində olmuş. Təhavi Şama gəldiyində ondan fıqh öyrəndi.

   4– Böyük qazi, böyük elm adamı, mühəddis Əbu Bəkrə Bəkkar b. Kuteybə əl-Bəsri. Misir qazilər qazisi idi. Bu müəllimi, İmam Şafinin, Əbu Hənifənin görüşlərini rədd edən qənaətlərinə cavab verən bir əsər təlif etmişdir.

   5– Qazi, böyük elm adamı, mühəddis, qazi Ubeyd Əli b. əl–Hüseyn b. Hərb b. İsa əl–Bağdadi. Şafii məzhəbi alimlərindəndir.

   6- İmam, hafiz, rəvayəti siqa (sağlam) Əbu Əbdürrəhman Əhməd b. Şuayb Əli b. Sinan b. Bəhr əl-Xorasani ən- Nəsai. Elm təhsili üçün Xorasan, Hicaz, Misir, İraq, Cəzirə və Şama səyahətlər etmiş, daha sonra Misirə yerləşmişdir. İmam  Təhavinin şərhul  Müşkilil-Əsər adlı əsərində Nəsaidən etdiyi rəvayətləri olduqca çoxdur.

   Elm Adamlarıının İmam Təhavi ( رحمة الله ضد) haqqında dedikləri.

   İbn Yunus ( رحمة الله ضد ) onun haqqında: “О, siqa (etibarlı), rəvayəti sağlam, fəqih və özü kimi birini yerinə qoymadan vəfat edən bir kimsədir. (İbn Asakir, Tarixi Dəməşq, VII, 368) demişdir.

   Məsləmə b. əl–Qasım, əs-Sıla (رحمة الله ضد) bunları deməkdədir: “O, siqa (etibarlı), rəvayəti sağlam, üstün, dəyərli, olduqca fəqih, alimlərin fərqli görüşlərini və təsnif qaydasını çox yaxşı bilən biri idi”. (ibn Həcər, Lisanul-Mizan, 1, 276)

   İbnun-Nədim (رحمة الله ضد): “O zamanın ən alimi və ən çox zühd sahibi olanı idi” deməkdədir.  (əl–Fihrist, s. 260)

   əl-Cəvahirul–Mudiyyə adlı əsərdə İbn Abdilbərr ( رحمة الله ضد ) belə deyər: “Kufəlilərin sirətini, xəbərlərini və fiqhlərini insanlar arasında ən yaxşı bilən kimsə idi. Bununla birlikdə bütün fəqihlərin məzhəbini də bilərdi”.

   İmam Səmani ( رحمة الله ضد ) Təhavi haqqında deyir ki: “İmam, siqa (etibarlı), rəvayəti sağlam, fəqih, alim, geriyə özü kimi birini qoymadan ölən biri idi”.  (əl–Ənsab, VIII, 218)

   İbnul–Cövzi ( رحمة الله ضد ) deyir ki: “О rəvayəti sağlam, üstün anlayışlı, yaxşı bir fəqih və  çox ağıllı biri idi”.  (əl–Müntəzəm, VI, 250)

  İbnul-Əsir ( رحمة الله ضد ): “О, imam və Hənəfi məzhəbində fəqih Siqa (güvənilən) və sağlam idi” demişdir. (Siyəru Alamin-Nubəla, XV, 27).

   İmam Zəhəbi ( رحمة الله ضد ) deyir ki: “İmam, çox böyük elm adamı, çox böyük hafiz, Misirin mühəddisi və fəqihi... Bu imamın təlif əsərləri araşdıran bir kimsə, onun elmi dərəcəsini və üstünlüyünü anlayar”  (Siyəru Alamin-Nubəla, XV, 27).

   İbn Kəsir ( رحمة الله ضد ) deyir ki: “Hənəfi fəqihi, çox faydalı əsərlərin, dolub daşan faydalı elmin sahibi, siqa ravilərdən, çox üstün dahi hafizlərindən biridir.(əl-Bidaye, XI, 186)

   İmam Təhavinin  ( رحمة الله ضد )   Əsərləri:

   1- Şərhu Məanil-Asar: Onun ilk yazdığı əsərdir. Əsərin əvvəlində elm əhlinin istəyinə görə kitabın yazılma səbəbini belə ifadə etməkdədir: “Əhkama dair mövzularda zikr edilmiş bu rəvayətlər haqqında bəzi inkarçılarla, bəzi məlumatı qıt müsəlman kəslər, bunların nasix (hökmü ortadan qaldıran) ilə mənsuxlarını (hökmü ortadan qalxmış) və lazımınca əməl edilməsinin lazım gəldiyini kifayət qədər bilmədiklərindən ötəri dəlillər arasında bəzi uyğunsuzluqlar olduğunu düşünməkdədirlər. Bu səbəbdən burada hər bir bölümdə hansılarının nasix, hansılarının mənsux olduğunu, elm adamlarının mövzu ilə əlaqədar şərhlərini, bir-birlərinə qarşı gətirdikləri dəlillərini və bunlar arasında mənə görə kimin dəlilinin səhih olduğunu zikr etməyim istəndi. Bu barədə düşündüm və çox ciddi şəkildə araşdırdım. Onun istədiyinə uyğun müxtəlif mövzulara dair məlumatları ortaya çıxartdım, bunları kitablara (ana hissələrə) ауırdım və hər bir ana hissədə bu barədə nə varsa zikr etdim”.

   2– İxtilaful–Fuqaha: Bu əsərdən ibn Hallikan, ibn Kəsir, Süyuti kimi bir çox elm adamları bəhs etmişdir.

    3– Hənəfi fiqhinə dair Müxtəsərul–Təhavi: Bu da Şafi məzhəbində əl–Müzəninin Müxtəsər mahiyyətindədir. Bu Müxtəsərin də bir çox şərhi olmaqla bərabər ən əhəmiyyətlisi isə Əhkamul–Quran adlı əsərin müəllifi  Əbu Bəkr ər–Razi əl–Cəssasın yazdığı şərhdir.

   4– Sünənüş–Şafii: Təhavi bu əsərində dayısı əl-Muzənidən, onun da əş-Şafiidən eşitdiyi hədisləri rəvayət etmişdir.

   5- Əl–Əqidətut–Təhaviyyə: Təhavi bu əsərində sələfin mənimsədiyi etiqadı zikr etmiş və bu mövzuda İmam Əbu Hənifədən, iki tələbəsi Əbu Yusuf ilə Muhamməd b. əl–Həsəndən, onların dinin əsaslarına dair mənimsədikləri əqidəni qeyd etmiş.

   6– Əş–Şurutus–Sağir:

    7– Əş-Şurutul-Əvsat: Bu əsəri şeyx Abdulqadir əl-Kuraşi ilə Əli əl–Qari zikr etmiş.

   8- Əş–Şurutul-Kəbir:

   9- Ət-Tarixul-Quran.

   10-Ən-Nəvadirul-Quran. 

    11- Ən-Nəvadir vəl-hekayət.

Müəllif: 


15-01-2019 03:32:36