Ana səhifə

“Onun Kürsüsü göyləri və yeri əhatə edir.”-ayəsində keçən “Kürsü” nə deməkdir?


YazdırSend to friend

Kürsü, lüğətdə bir adamın oturduğu hündür kreslo, taxt mənasını verir. Anlayış olaraq, göyləri və yeri örtən böyük bir cisim mənasını verərkən, məcaz olaraq, elm, hakimiyyət, qüdrət, səltənət, əzəmət mənalarını ifadə edir.

Bir hədisi-şərifdə, “Yeddi göy, kürsü içində bir qalxanın içinə atılmış yeddi pul kimidir.”-buyurulur. Bir başqa hədisdə də, kürsünün ərş içindəki kiçikliyi belə təsvir edilir: “Ərş içində kürsü, bir səhraya atılmış dəmir bir halqa qədərdir.”

Kürsü üçün, “ərşin altında, yeddi qat səmanın üstündə” şəklində bir tərif gətirilir. Ədədləri az da olsa, bəzi alimlərimiz ərş ilə kürsünü eyni qəbul edirlər.

Kürsü, məkan və maddə aləminin sonu olan cisimdir. Bütün səmaları və ərzi əhatə edən, bütün cismani aləmləri içinə alan bir cisim. Buna görə, ərşin kürsünü içinə alması bir maddənin bir başqa maddəni içinə alması kimi düşünülə bilməz. Ərş maddə sonrası və mahiyyəti məchul olan bir mövqe... Onun kürsünü necə içinə aldığını qavramaq, insan ağılını çox aşan bir hadisədir.

İnsan hələ öz ruhunun, yenə öz bədənini necə örtdüyünü, idarə etdiyini, qolu necə tutub qaldırdığını, ayaqları necə gəzdirdiyini idrak və ifadədən acizdir... O halda belə böyük bir yükün altına necə girə bilər?..

 

“Onun Kürsüsü göyləri və yeri əhatə edir.” (Bəqərə Surəsi, 255)

 

Bu ayədə keçən “kürsü” sözü isə, Cənabı Haqq haqqında maddi bir kürsü və taxt düşünülə bilməyəcəyi üçün, “Allahın səltənət və qüdrəti”, “ilahi əzəmət və kibriyanın bir təsviri” olaraq qəbul edilmişdir.



07-06-2011 12:00:00