Ana səhifə

“Ümmətimin fəsadı zamanında kim sünnəmə təməssük etsə (yapışsa) ona yüz şəhid əcri vardır.“ sözü hədisdir?


YazdırSend to friend

Bəli, bu ifadələr hədisdir. (1)

Bidaların və dəlalətlərin İslam cəmiyyətini zəbt etdiyi, cəmiyyətdə hökm etdiyi zaman, sünnət-i səniyyəyə yapışan yüz şəhid əcri qazana biləcək.

Təbii ki, Quranın həqiqətləri ilə sünnət-i səniyyənin prinsipləri bir-birindən ayrılmaz. Ümmət içində bidətlərin rəvacda olduğu, əksəriyyətin bidətlərin və dəlalətlərin istilasında olduğu bir zaman; həqiqətən çox riskli, çox təhlükəli bir zamandır.

Bir əməldə təhlükə artdıqca savab çoxalır. Belə təhlükəli bir zamanda başda iman həqiqətlərinə, İslamın hökmlərinə Quranın başa düşülməsinə, sünnənin və İslamın yayılmasına xidmət çox böyük bir savabdır; hətta normal şərtlərdə bir şəhidin etdiyi fədakarlıqdan daha böyük fədakarlıqlar istər ki, bir çox şəhidin savabı qədər savaba səbəb ola bilər.

Çünki şəhid bir anda bir fədakarlıq göstərib canını Allah yolunda verər. Belə bir atmosfer içində iman həqiqətlərinə, Qurana, Sünnət-i Səniyyəyə xidmət edən biri həyatının böyük fədakarlıqlarını edir.

Deməli, zaman şiddətləndikcə, fitnələr artdıqca əməllərin savabları da artacaq. Ayrıca bu hədisi şərifdə bir sünnəni yerinə yetirmək üçün böyük təşviq vardır.

Hədisdə keçən təməssük (sünnəyə yapışma) sözü bu mənaları ehtiva edir: (2)

1. Təməssük qərarlılıq, səbat və isrardır: Təməssükün ifadə etdiyi yapışmada dayanıqlılıq; səbat və israr vardır. Ümmətin pozulması zamanında elə kəslər çıxar ki, dayanıqlılıq və israrla eyni müsbət rəftarı mühafizə edərək, səbatla sünnət-i səniyyə və əhkam-ı Qurana bağlılıqlarını göstərərlər. Bu yolda hər şeyi gözə alarlar. Bu məna “msk” kökündə və bütün müştaklarında vardır.

2. Təməssükdə davamlılıq vardır. Onsuz da dayanıqlılıq israr və səbat davamlılığı tələb edir. Hərəkətin mənaları araşdırıldığında hamısında davamlılıq gözə dəyir. Bir şeyi buraxmamaq üzrə tutmaq, həmişə tutmağı tələb edir. Mühafizə bir şeyi mütəmadi olaraq qorumaq deməkdir. Elə isə yüz şəhid əcri kimi böyük mükafat tələb edən iş davamlılığı, səbri, dözümü, bir ömrü bir-birindən ayrılmayan Quran və Sünnə yoluna vəqf etməyi tələb edir.

3. Təməssük “bütünə” sahib çıxmaq, yaxud ona işarədir. Bir şeyi salmadan tutmaq, tutulan şeyin bütününü əldə tutmaqla mümkündür. Bir insanı tutmaq kimi. Dili danışmaqdan tutmaq onu tamamilə söz söyləməkdən saxlamaq deməkdir. Bir az danışıb bir az susmaq, danışmamaq sayılmaz. Yemək-içməkdən, cinsi münasibətdən imtina etmək və bunlardan özünü uzaqlaşdirsan.

İslamında Quran və sünnənin bütün yönlərinə yapışma, onları buraxmama, dəstək olma və mübarizə aparmanın mükafatı çox böyükdür .

4. Təməssük qarşılıqlı güclərin mübarizəsini əks etdirir: Msk kökündə və təməssükdə qarşılıqlı mübarizə və iki gücün bir-birinə müqavimət göstərməsi vardır. İmsak - imtisak, təmasük - təməssük, məsk öncə bir şeyi buraxmadan tutmağı ifadə edirlər. Burada çətinliyə sinə gərən, tutan, əldən buraxmayan tərəfdir. Tutulan tərəf də buraxmama qarşısında təslim olmur. O da bu tutulmadan xilas olmaq, sərbəst qalmağı arzu edir.

 

Qaynaqlar:

1. əl-Bağavi, Hüseyn b. Məhəmməd əş-Şafi, Mesabihus-Sunne, I-II, Beyrut, ty. I, 40, nömrə: 130; əl-Munavi, Abdurrauf, Feyzul-Kadir, I-VI, Beyrut, ty. VI, 261. (nömrə: 9171-9172); Ümmətin pozulduğu zaman savabların çoxalacağı mövzusu üçün bax. Taftazani, Məsud b. Ömər, Serhul-Makasıd, I-V, Beyrut 1988 I, 308; əl-Heytemi, Əhməd b. Həcər, əs-Savaikul-Muhrika, Qahirə 1385, s. 210.

2. əl-Kamusul-Muhit III, 329; əl-Mucemul-Vasit s. 869; əl-Mufredat, s, 469.



22-02-2012 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz