Ana səhifə

20 yanvar


YazdırSend to friend

28 ildir ki, hər 20 yanvar günündə əlimizdə qərənfil, başımız öndə, hüzünlü qaboy səsi ilə şəhidlərimizi ziyarətə gedirik. Ayrı-ayrı yerlərdə isə bir dəqiqəlik sükutlar gerçəkləşir. Həqiqətən də millətimizə bu lazımdırmı və bunun şəhidlərimizə hər hansı faydası vardırmı, 20 yanvar kimi azadlıq mübarizəsinin qarşılğı budurmu. Yoxa əlindən böyük işlər gəlməyən və ya etmək istəməyənlər kimi özümüzə təsəlli vermək istəyirik? (Gəl ki, biz onsuz da təsəlli içindəyik.)

Bizlər bununla artıq nəsə etdiyimizi və borcumuzun bitdiyini düşünürük. Öz enrjimizi, hisslərimizi faydasız yerə sərf edib, önəmli işlərdən uzaq dururuq.

1. Hər il bu gündə şəhidlər xiyabanı və digər yerlərin bəzədilməsinə sərf olunan, və insanların əlində gətirdikləri qərənfillərə xərclənən pulları toplayıb şəhidlərimizin ailələrinə verə bilərdik. Axı biz bilirik ki, bir ölünün adına sədəqə vermək və onun yaxınlarına yaxşılıq etmək o ölüyə nə qədər xeyirlidir.

“Möminin ruhu borcuna ilişib qalır, ta ki borc qaytarılana qədər”.[Buxari, Cənaiz, 76; İbn Macə, Sədəqat , 12.]

Alimlərinin fikrincə mərhum adından verilən sədəqənin ona faydası var. Rəsulullahın (s.ə.s) buna işarə edən hədisləri var. Aişə (r.anha) nəql edir ki, “Bir nəfər Rəsulullahın (s.ə.s) yanına gələrək, “Ey Allahın Rəsulu! Anam qəflətən dünyasını dəyişdi, heç nə deyə bilmədi. Əgər danışsaydı öz sədəqə verməyimi istəyərdi. Mən onun adından sədəqə verə bilərəm?”, – deyə soruşdu. Rəsulullah (s.ə.s) “Bəli”, – dedi” [Əhməd ibn Hənbəl, Müsnəd, II, 372.].

İbn Abbasın nəql elədiyi başqa bir hədis isə belədir: “Bir nəfər Rəsulullahın (s.ə.s) yanına gələrək, “Ey Allahın Rəsulu! Anam vəfat elədi. Onun üçün sədəqə versəm ona faydası toxunar?” deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s), “Bəli”, dedikdə həmin şəxs, “Bir meyvə bağım var. Hamı şahid olsun ki, onun anamın adından bağışlayıram” dedi”. [Buxari, Vəsaya, 15, 20.]

Sad ibn Ubadə (r.a): “Ya Rəsulallah! Anam vəfat etdi, onun üçün nə etsəm, daha xeyirli olar?” – deyə soruşur. Allah Rəsulu: “Su”, – buyurur.[Əbu Davud, Zəkat 42.] Sad ibn Ubadə də bir su quyusu qazıb: “Anam üçün”, – deyir. Bu, bu dünyada xeyirli əməllərin mərhuma fayda verəcəyini göstərir. Başqa bir rəvayətdə isə Sad soruşur ki, vəfat etmiş anası üçün sədəqə versin, yoxsa verməsin. Müsbət cavab alanda da nəyin ən fəzilətli olduğunu soruşur. Rəsulullah: “Su”, – deyir.

2. Biz ölünün yanında yüksək səslə ağlamağın ölünü narahat etdiyini bilirik. İndi gəlin düşünək ki, bu qaboy səsi onların ruhunu necə narahat edir. Həmçinin bu millətin psixologiyasına da mənfi təsir edir, onun mübarizə əzmini qırır, onu passivliyə atır. Bizim kədər və hüzün nəyimizə lazım, bizə cihad ruhu gərək. Axı biz nə zamana qədər bu qaboy səsləri ilə yatızdırılacaq, azadlıq mübarizəmizi kədərlə qarşılayacağıq?

3. İslam kimi nemətdən məhrum olan mədəniyyətlər təəsəlli üçün öz ölülüərinə müxtəlif mənasız və faydasız üsullar icad etmişlər. Biz ki İslam kimi nermətlə şərəflənmiş müsəlmanlar olaraq ölünün bircə fatiha surəsinə, yaxınlarından gələn bir duaya necə möhtac olduğunu bilməkdəyik.

“Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla…” (Həşr surəsi, 59/10) ayəsi və “Ey Allahın Rəsulu! Vəfat edən valideynlərim üçün yaxşılıq edə bilərəm? – deyə soruşan səhabəyə, “Bəli, bunun onlara faydası var. Onlar üçün dua elə və Allahdan bağışlanma dilə. Vəsiyyətləri varsa onu yerin yetir. Qohum-əqrəbaları ilə əlaqəni kəsmə, Onların dostları ilə münasibəti davam etdir.”[Əbu Davud, Sünən, Ədəb, 12; İbn Macə, Sünən, Ədəb, 2.]

 

Əhməd ibn Hənbəlin Müsnədində nəql olunan bir hədisdə Hz. Aişə (r.anha) Hz. Peyğəmbərin Baqi qəbirstanlığına gedərək oradakı ölülərə dua elədiyini bunun səbəbini soruşduqda isə, “Onlara dua eləmək əmr edildi” – buyurduğunu bildirir.[Əhməd ibn Hənbəl, Müsnəd, IV, 252.]

 

Allah Rəsulu (s.ə.s) dəfndən sonra məzarın yanında dayanıb: “Qardaşınızın bağışlanmasını diləyin. Çünki o, hal-hazırda sorğu-suala çəkilir“,[Əbu Davud, Cənaiz, 67-69, 73.] – buyurmuşdur. Bu hədis duanın mərhuma fayda verəcəyini açıqca bildirir. Əgər duanın mərhuma faydası olmasaydı Rəsulullah (s.ə.s) əshabına bunu əmr etməzdi.

“Allah əməlisaleh bəndəsinin Cənnətdəki dərəcəsini yüksəldər. Həmin bəndə, “Ey Rəbbim! Hansı səbəblə dərəcəm yüksəldi?” – deyə soruşduqda, Uca Allah, “Oğlunun sənin üçün dilədiyi bağışlanma sayəsində” buyurar” [İbn Macə, Ədəb, 1.]. İmam Əşari Məqalətul-İslamiyyin əsərində yazır ki, hədisçilər və Əhli-Sünnə alimlərinin əksəriyyəti dua və sədəqənin vəfatından sonra mərhuma fayda verəcəyi qənaətindədir.

Peyğəmbərimiz (asim) bir qəbirin yanından keçərkən yanındakılara "Salam sizə olsun, ey möminlər diyarının sakinləri"! Deyərək salam vermələrini əmr buyurmuşdur. (Müslim, Cənaiz, 102; Əbu Davud, Cənaiz, 79; Nəsai, Təharət, 109; İbn Maca, Cənaiz, 36, Zöhd, 36; Muvatta, Təharət, 28)

Salam anlayana veriləcəyinə görə, ölülər onları ziyarət edənləri tanıyırlar deməkdir. Müdəqqiq alimlərdən biri kimi tanınan İbn Qəyyum el-cevziyye də ölülərin xüsusilə cümə və şənbə günləri ziyarət edib dua edənlərdən və uşaqlarının gözəl əməllərindən duyduqları sevinci nəql edir. (İbn Qəyyum əl-Cevziyyə, Kitabur-Ruh, 10)

 

4. Qəbir ziyarəyti ibrət almaq və Allahı xatırlamaq üçün edilir. Rəsulullah (s.ə.s) əvvəllər batil əqidə və adətlərin qarşısını almaq üçün qəbir ziyarətlərini qadağan etmişdir. Bir hədisdə: “Sizə qəbir ziyarətinə qadağan qoymuşdum, artıq qəbirləri ziyarət edin, çünki onlar sizə axirəti xatırladır“, [Müslim, Cənaiz 105; Əbu Davud, Cənaiz, 75] – buyurulur.

Əbu Hüreyrə (r.a) nəql edir ki, bir gün Rəsulullah (s.ə.s) anasının qəbrini ziyarət edərək ağladı. Yanındakılar da ağladılar. Sonra belə dedi: “Anama bağışlanma diləmək üçün Rəbbimdən icazə istədim. İcazə verilmədi. Qəbrini ziyarət etmək üçün icazə istədim. Buna icazə verildi. Siz də qəbirləri ziyarət edə bilərsiniz. Çünki qəbir ziyarəti insana ölümü xatırladır.” (Müslim, Cənaiz, 106; Əbu Davud, Cənaiz, 77; Nəsai, Cənaiz, 101; İbn Macə, Cənaiz, 48; Əhməd ibn Hənbəl, Müsnəd, II, 44)

Məzarlar insana ölüm və axirəti xatırladır. Dünyaya hərislikdən, dünyaya ifratcasına bağlanmaqdan və nəfsani həvəslərin əsarətinə düşməkdən çəkindirir. İnsanı yaxşı əməllərə, yaxşılıq etməyə sövq edir. (İbn Macə, Cənaiz, 47)

Xüsusilə ana, ata digər qohum və dostların qəbirləri, ruhları üçün Allaha dua və istiğfar etmək məqsədilə ziyarət edilir. Ölülər adına edilən xeyir və həsənətin savabının onlara çatacağı səhih hədis və icma dəlili ilə sabitdir. Ölülər ziyarət edilərkən, onların ruhları üçün Allaha dua edilər, Quran oxunular, edilən yaxşılıqların savabı bağışlanar.

Qəbirə ağac əkmək savabdır. Əkilən ağac və bitkinin ölünün ruhundan əzabın həfiflətməsinə səbəb olacağına dair hədislər vardır. Xristianların etdiyi kimi, qəbirə çələng aparmaq məkruhdur.

Qəbir ziyarəti edilərkən ölünün üzünə doğru dönərək salam verilməli və dua edilməlidir. Bu zaman qəbri öpməkdən, üzünü gözünü sürməkdən və ətrafında dönmək (təvaf) dən çəkinməlidir. Çünki bu kimi davranışlar bidattır və dində yeri yoxdur. (Qəzali, İhya, 1/473; İbn Qudamə, əl-Muğni, 2/422; Şövqani, Neylül-Övtar, IV/117-120; Şeyx Əli Mahfuz, əl-ibda, 192; Seyyid Sabiq, Fiqhus-Sünnə, 1/566; İbn Qəyyum əl-Cevziyyə, Zadul-Məad, 1/146.)

Müəllif: 


24-01-2018 02:00:38