Ana səhifə

44. Duxan ('Duman') surəsi


YazdırSend to friend

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. Ha. Mim.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ حم

2. And olsun bu aydın Kitaba!
وَالْكِتَابِ الْمُبِينِ

3. Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنْذِرِينَ

4. Hər bir hikmətli iş o gecədə ayırd edilir –
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ

5. dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
أَمْرًا مِنْ عِنْدِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ

6. sənin Rəbbinin mərhəməti kimi. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

7. Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ

8. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.
لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ

9. Lakin onlar şəkkə qapılıb əylənirlər.
بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ

10. Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ

11. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.
يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ

12. Onlar: "Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək"– deyəcəklər.
رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ

13. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,
أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ

14. onlar ondan üz çevirib: "Öyrədilmiş bir dəlidir!"– dedilər.
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ

15. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.
إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ

16. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.
يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنْتَقِمُونَ

17. Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ

18. O dedi: "Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.
أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

19. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
وَأَنْ لَا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُمْ بِسُلْطَانٍ مُبِينٍ

20. Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.
وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَنْ تَرْجُمُونِ

21. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!"
وَإِنْ لَمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ

22. Sonra o, Rəbbinə yalvarıb dedi: "Həqiqətən, bunlar günahkar adamlardır!"
فَدَعَا رَبَّهُ أَنَّ هَٰؤُلَاءِ قَوْمٌ مُجْرِمُونَ

23. Allah dedi: "Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُمْ مُتَّبَعُونَ

24. Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!"
وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُنْدٌ مُغْرَقُونَ

25. Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
كَمْ تَرَكُوا مِنْ جَنَّاتٍ وَعُيُونٍ

26. Habelə əkinlər, möhtəşəm yerlər
وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ

27. və içində həzz aldıqları nemətləri də qoyub getdilər.
وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ

28. Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.
كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ

29. Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنْظَرِينَ

30. Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ

31. Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
مِنْ فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِنَ الْمُسْرِفِينَ

32. Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.
وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ

33. Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
وَآتَيْنَاهُمْ مِنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُبِينٌ

34. Bunlar mütləq deyəcəklər:
إِنَّ هَٰؤُلَاءِ لَيَقُولُونَ

35. "Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.
إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنْشَرِينَ

36. Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!"
فَأْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ

37. Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ

38. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ

39. Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.
مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

40. Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ

41. O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.
يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ

42. Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
إِلَّا مَنْ رَحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ

43. Həqiqətən, zəqqum ağacı
إِنَّ شَجَرَتَ الزَّقُّومِ

44. günahkar adamın yeməyidir.
طَعَامُ الْأَثِيمِ

45. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ

46. qaynar su qaynayan kimi.
كَغَلْيِ الْحَمِيمِ

47. Onu tutub Cəhənnəmin ortasına sürüyün!
خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ

48. Sonra əzab vermək üçün başına qaynar su tökün!
ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ

49. Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.
ذُقْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْكَرِيمُ

50. Sizin şübhə etdiyiniz əzab budur!
إِنَّ هَٰذَا مَا كُنْتُمْ بِهِ تَمْتَرُونَ

51. Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ

52. bağçalarda və çeşmələr başında olacaqlar!
فِي جَنَّاتٍ وَعُيُونٍ

53. Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
يَلْبَسُونَ مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَقَابِلِينَ

54. Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.
كَذَٰلِكَ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ

55. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ

56. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ

57. sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
فَضْلًا مِنْ رَبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

58. Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.
فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

59. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.
فَارْتَقِبْ إِنَّهُمْ مُرْتَقِبُونَ
 



22-02-2010 12:00:00