Ana səhifə

54. Qamər ('Ay') surəsi


YazdırSend to friend

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. O Saat yaxınlaşdı və ay bölündü.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ

2. Onlar bir möcüzə gördükdə üz döndərib: "Bu, tez keçib-gedən bir sehrdir" deyirlər.
وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ

3. Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ

4. Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
وَلَقَدْ جَاءَهُمْ مِنَ الْأَنْبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ

5. Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!
حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ

6. Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُكُرٍ

7. onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ

8. Kafirlər carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!"– deyəcəklər.
مُهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ

9. Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: "O, dəlidir!"– dedilər və ona hədə-qorxu gəldilər.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ

10. O, Rəbbinə yalvarıb: "Məni üstələdilər! Mənə kömək et!"– dedi.
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ

11. Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ

12. Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ

13. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ

14. İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.
تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِمَنْ كَانَ كُفِرَ

15. Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
وَلَقَدْ تَرَكْنَاهَا آيَةً فَهَلْ مِنْ مُدَّكِرٍ

16. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

17. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

18. Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

19. Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ

20. O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
تَنْزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُنْقَعِرٍ

21. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

22. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

23. Səmud qövmü də xəbərdarlıqları yalan saydı.
كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ

24. Onlar dedilər: "Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
فَقَالُوا أَبَشَرًا مِنَّا وَاحِدًا نَتَّبِعُهُ إِنَّا إِذًا لَفِي ضَلَالٍ وَسُعُرٍ

25. Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!"
أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِنْ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ

26. Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
سَيَعْلَمُونَ غَدًا مَنِ الْكَذَّابُ الْأَشِرُ

27. Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!
إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ

28. Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!"
وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُحْتَضَرٌ

29. Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ

30. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

31. Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ

32. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

33. Lut qövmü də xəbərdarlıqları yalan saydı.
كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ

34. Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَجَّيْنَاهُمْ بِسَحَرٍ

35. Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
نِعْمَةً مِنْ عِنْدِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَنْ شَكَرَ

36. Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
وَلَقَدْ أَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ

37. Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: "Əzabımı və təhdidlərimi dadın!"
وَلَقَدْ رَاوَدُوهُ عَنْ ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ

38. Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُسْتَقِرٌّ

39. Elə isə əzabımı və təhdidlərimi dadın!
فَذُوقُوا عَذَابِي وَنُذُرِ

40. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

41. Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ

42. Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ

43. Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَٰئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ

44. Yoxsa onlar: "Biz qalib gələcək bir dəstəyik!"– deyirlər?
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ

45. Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ

46. Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ

47. Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ

48. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: "Cəhənnəmin təmini dadın!"– deyiləcəkdir.
يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ

49. Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ

50. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ

51. Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِنْ مُدَّكِرٍ

52. Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.
وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ

53. Hər bir kiçik və böyük əməl yazılmışdır.
وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُسْتَطَرٌ

54. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ

55. qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!
فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ
 



22-02-2010 12:00:00