Ana səhifə

69. Haqqə ('Haqq olan') surəsi


YazdırSend to friend

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. Haqq olan Qiyamət!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ الْحَاقَّةُ

2. Nədir haqq olan Qiyamət?
مَا الْحَاقَّةُ

3. Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?
وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ

4. Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.
كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ

5. Səmud tayfası qorxunc bir səslə məhv edildi.
فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ

6. Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ

7. Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ

8. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
فَهَلْ تَرَىٰ لَهُمْ مِنْ بَاقِيَةٍ

9. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
وَجَاءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ

10. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.
فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِيَةً

11. Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ

12. Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

13. Sur bircə dəfə üfürüləcəyi,
فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ

14. yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً

15. həmin gün Vaqiə qopacaq.
فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ

16. Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
وَانْشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ

17. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.
وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ

18. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنْكُمْ خَافِيَةٌ

19. Kitabı sağ əlinə verilən deyəcəkdir: "Budur, oxuyun kitabımı!
فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ

20. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam".
إِنِّي ظَنَنْتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ

21. O, xoşbəxt həyat sürəcəkdir
فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ

22. uca bir Cənnətdə,
فِي جَنَّةٍ عَالِيَةٍ

23. elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.
قُطُوفُهَا دَانِيَةٌ

24. Onlara: "Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!"– deyiləcəkdir
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ

25. Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: "Kaş kitabım mənə verilməyəydi!
وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ

26. Hesabımdan da xəbərim olmayaydı!
وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ

27. Kaş ilk ölümüm həmişəlik olaydı!
يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ

28. Var-dövlətim məni əzabdan qurtarmadı.
مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ

29. Hökmranlığım da məhv olub getdi".
هَلَكَ عَنِّي سُلْطَانِيَهْ

30. Mələklərə deyiləcək: "Onu yaxalayıb zəncirləyin!
خُذُوهُ فَغُلُّوهُ

31. Sonra da Cəhənnəmə atın!
ثُمَّ الْجَحِيمَ صَلُّوهُ

32. Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ

33. Çünki o, Böyük Allaha iman gətirmirdi,
إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ

34. və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

35. Bu gün burada onun üçün bir dost tapılmaz.
فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ

36. Qanlı irindən başqa yeməyi də yoxdur.
وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ

37. Onu ancaq günahkarlar yeyər".
لَا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ

38. And içirəm həm gördüklərinizə
فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ

39. və həm də görmədiklərinizə!
وَمَا لَا تُبْصِرُونَ

40. Bu, möhtərəm bir Elçinin sözüdür.
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

41. O, şair sözü deyildir! Necə də az inanırsınız!
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَا تُؤْمِنُونَ

42. O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ

43. O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ

44. Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ

45. Biz onu sağ əlindən yaxalayar,
لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ

46. sonra da şah damarını kəsərdik.
ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ

47. İçərinizdən heç kəs buna mane ola bilməzdi.
فَمَا مِنْكُمْ مِنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ

48. Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.
وَإِنَّهُ لَتَذْكِرَةٌ لِلْمُتَّقِينَ

49. Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنْكُمْ مُكَذِّبِينَ

50. Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ

51. Sözsüz ki, bu Quran əsl həqiqətdir.
وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ

52. Elə isə Böyük Rəbbinin adına təriflər de!
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ
 



22-02-2010 12:00:00