Ana səhifə

77. Mursəlat ('Göndərilənlər') surəsi


YazdırSend to friend

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. And olsun xeyirlə göndərilənlərə
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالْمُرْسَلَاتِ عُرْفًا

2. və şiddətlə əsənlərə!
فَالْعَاصِفَاتِ عَصْفًا

3. And olsun Allahın əmrini yaydıqca yayanlara,
وَالنَّاشِرَاتِ نَشْرًا

4. haqqı nahaqdan ayırdıqca ayıranlara
فَالْفَارِقَاتِ فَرْقًا

5. və zikri çatdıranlara –
فَالْمُلْقِيَاتِ ذِكْرًا

6. üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!
عُذْرًا أَوْ نُذْرًا

7. Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.
إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ

8. Ulduzlar sönəcəyi zaman;
فَإِذَا النُّجُومُ طُمِسَتْ

9. Göy yarılacağı zaman;
وَإِذَا السَّمَاءُ فُرِجَتْ

10. Dağlar dağılacağı zaman;
وَإِذَا الْجِبَالُ نُسِفَتْ

11. Elçilərə vaxt təyin olunacağı zaman –
وَإِذَا الرُّسُلُ أُقِّتَتْ

12. deyiləcəkdir: "Bunlara verilmiş möhlət hansı günə qədərdir?"
لِأَيِّ يَوْمٍ أُجِّلَتْ

13. Deyiləcəkdir: "Ayırd etmə gününədək!"
لِيَوْمِ الْفَصْلِ

14. Sən Ayırd etmə gününün nə olduğunu bilirsənmi?
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ

15. Qiyaməti yalan sayanların o Gün vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

16. Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ

17. Sonrakıları da onlara qatacağıq.
ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ

18. Biz günah sahibləri ilə belə davranırıq.
كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ

19. Qiyaməti yalan sayanların o Gün vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

20. Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ

21. Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ

22. məlum bir vaxta kimi?
إِلَىٰ قَدَرٍ مَعْلُومٍ

23. Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ

24. Qiyaməti yalan sayanların o Gün vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

25. Məgər Biz yeri məskən etmədikmi –
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا

26. dirilər və ölülərlə?
أَحْيَاءً وَأَمْوَاتًا

27. Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا

28. Qiyaməti yalan sayanların o Gün vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

29. Onlara belə deyiləcək: "Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!
انْطَلِقُوا إِلَىٰ مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ

30. Üç qola ayrılan kölgəliyə gedin!"
انْطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ

31. Ora nə kölgə salır, nə də alovdan qoruyur.
لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ

32. Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ

33. Onlar sanki sarı dəvələrdir.
كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ

34. Qiyaməti yalan sayanların o Gün vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

35. Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.
هَٰذَا يَوْمُ لَا يَنْطِقُونَ

36. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ

37. Qiyaməti yalan sayanların o Gün vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

38. Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!
هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ

39. Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ

40. Qiyaməti yalan sayanların o Gün vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

41. Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ

42. və istədikləri meyvələr içində olacaqlar.
وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ

43. Onlara deyiləcək: "Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ

44. Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

45. Qiyaməti yalan sayanların o Gün vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

46. Kafirlərə deyiləcək: "Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ

47. O gün Qiyaməti yalan sayanların vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

48. Onlara: "Rüku edin!"– deyildiyi zaman rüku etməzlər.
وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ

49. O gün haqqı yalan sayanların vay halına!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

50. Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?
فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ
 



22-02-2010 12:00:00