Ana səhifə

78. Nəbə ('Xəbər') surəsi


YazdırSend to friend

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. Onlar nə barədə bir-birindən soruşurlar?
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ عَمَّ يَتَسَاءَلُونَ

2. Böyük bir xəbər barəsində –
عَنِ النَّبَإِ الْعَظِيمِ

3. elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər.
الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ

4. Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər!
كَلَّا سَيَعْلَمُونَ

5. Bir daha xeyr! Onlar hökmən biləcəklər!
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ

6. Məgər Biz yeri yataq etmədikmi?
أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا

7. Dağları da payalar?!
وَالْجِبَالَ أَوْتَادًا

8. Biz sizi cüt yaratdıq.
وَخَلَقْنَاكُمْ أَزْوَاجًا

9. Yuxunuzu da sizin üçün rahatlıq etdik.
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا

10. Gecəni örtük etdik,
وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا

11. gündüzü isə ruzi qazanmaq vaxtı.
وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا

12. Üstünüzdə yeddi möhkəm göy qurduq
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا

13. və çox parlaq bir çıraq yaratdıq.
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا

14. Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,
وَأَنْزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا

15. onunla taxıl və digər bitkilər yetişdirək,
لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا

16. habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.
وَجَنَّاتٍ أَلْفَافًا

17. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا

18. Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا

19. O gün göyün qapıları açılacaqdır.
وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا

20. Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا

21. Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir.
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا

22. O, həddi aşanların qayıdacağı yerdir.
لِلطَّاغِينَ مَآبًا

23. Onlar orada əsrlər boyu qalacaqlar.
لَابِثِينَ فِيهَا أَحْقَابًا

24. Onlar orada nə bir sərinlik, nə də sərinlədici içki dadacaqlar.
لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا

25. İçdikləri yalnız qaynar su və irin olacaq –
إِلَّا حَمِيمًا وَغَسَّاقًا

26. Törətdikləri əməllərinə uyğun bir cəza kimi.
جَزَاءً وِفَاقًا

27. Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.
إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا

28. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا

29. Biz hər bir şeyi hesablayıb yazmışıq.
وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا

30. Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا

31. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا

32. Həmçinin bağlar və üzümlüklər,
حَدَائِقَ وَأَعْنَابًا

33. dolğun döşlü həmyaşıd qızlar
وَكَوَاعِبَ أَتْرَابًا

34. və ləbələb doldurulmuş qədəhlər də vardır!
وَكَأْسًا دِهَاقًا

35. Onlar orada nə mənasız sözlər, nə də iftira eşitməyəcəklər.
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا

36. Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.
جَزَاءً مِنْ رَبِّكَ عَطَاءً حِسَابًا

37. Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا

38. Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.
يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا

39. O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا

40. Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: "Kaş mən torpaq olaydım!"
إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا
 



22-02-2010 12:00:00