Ana səhifə

85. Buruc ('Bürclər') surəsi


YazdırSend to friend

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. And olsun bürclü göyə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ

2. And olsun vədə verilmiş günə!
وَالْيَوْمِ الْمَوْعُودِ

3. And olsun şahidlik edənə və edilənə!
وَشَاهِدٍ وَمَشْهُودٍ

4. Məhv olsun xəndək kənarında yığışanlar!
قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ

5. Odunla alışdırılmış xəndək.
النَّارِ ذَاتِ الْوَقُودِ

6. Onlar o xəndəyin qırağında oturub,
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ

7. möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ

8. Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ

9. Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

10. O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ

11. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ

12. Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir!
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ

13. Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!
إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ

14. Bağışlayan da, Sevən də Odur!
وَهُوَ الْغَفُورُ الْوَدُودُ

15. Ərşin sahibidir, Şan-şöhrətlidir!
ذُو الْعَرْشِ الْمَجِيدُ

16. İstədiyini edəndir.
فَعَّالٌ لِمَا يُرِيدُ

17. Qoşunlar haqqında əhvalat sənə çatıbmı?
هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ

18. Firon və Səmud qoşunlarının.
فِرْعَوْنَ وَثَمُودَ

19. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.
بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ

20. Allah onları arxadan əhatə etmişdir.
وَاللَّهُ مِنْ وَرَائِهِمْ مُحِيطٌ

21. Bəli, bu şanlı Qurandır.
بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ

22. O, mühafizə edilən lövhədədir.
فِي لَوْحٍ مَحْفُوظٍ
 



22-02-2010 12:00:00