Ana səhifə

87. Əla ('Ən Uca') surəsi


YazdırSend to friend

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. Ən Uca Rəbbinin adına təriflər de!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى

2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;
الَّذِي خَلَقَ فَسَوَّىٰ

3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi,
وَالَّذِي قَدَّرَ فَهَدَىٰ

4. O Rəbbin ki, otlağı cücərdib,
وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ

5. sonra da qaralmış samana çevirdi.
فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ

6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ

7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ

8. Səni ən asan olana müvəffəq edərik.
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ

9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ

10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.
سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ

11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
وَيَتَجَنَّبُهَا الْأَشْقَى

12. O kimsə ki, Cəhənnəmə atılacaq,
الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ

13. O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ

15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ

16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا

17. Axirət isə daha xeyirli və daha sürəklidir.
وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ

18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ

19. İbrahimin və Musanın səhifələrində.
صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ
 



22-02-2010 12:00:00