Ana səhifə

89. Fəcr ('Dan yeri') surəsi


YazdırSend to friend

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. And olsun dan yerinə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالْفَجْرِ

2. And olsun on gecəyə!
وَلَيَالٍ عَشْرٍ

3. And olsun cütə və təkə!
وَالشَّفْعِ وَالْوَتْرِ

4. And olsun keçib getməkdə olan gecəyə!
وَاللَّيْلِ إِذَا يَسْرِ

5. Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ

6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ

7. sütunlar sahibi İrəm qəbiləsinə –
إِرَمَ ذَاتِ الْعِمَادِ

8. halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ

9. Habelə vadidə qayaları yonan Səmud qövmünə?
وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ

10. Eləcə də sütunlar sahibi Firona?
وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ

11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ

12. çoxlu fitnə-fəsad törətmişdilər.
فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ

13. Rəbbin də onları əzabla qamçıladı.
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ

14. Həqiqətən, sənin Rəbbin nəzarət edir.
إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ

15. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: "Rəbbim mənə ehtiram göstərdi!"– deyər.
فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ

16. Amma onu sınamaq üçün ruzisini azaldanda: "Rəbbim məni alçaltdı!"– deyər.
وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ

17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ

18. kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

19. mirası hərisliklə yeyirsiniz,
وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا

20. var-dövləti də hərisliklə sevirsiniz.
وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا

21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا

22. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا

23. və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?
وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ

24. O: "Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!"– deyəcəkdir.
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي

25. O gün heç kəs Onun verdiyi əzab kimi əzab verə bilməz
فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ

26. və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ

27. O gün möminə deyiləcəkdir: "Ey arxayın olan kəs!
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ

28. Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً

29. Mənim qullarımın cərgəsinə keç!
فَادْخُلِي فِي عِبَادِي

30. Cənnətimə daxil ol!
وَادْخُلِي جَنَّتِي
 



22-02-2010 12:00:00