Ana səhifə

92. Leyl ('Gecə') surəsi


YazdırSend to friend

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 

1. And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَاللَّيْلِ إِذَا يَغْشَىٰ

2. And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!
وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ

3. And olsun kişini və qadını yaradana!
وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنْثَىٰ

4. Sizin can atdıqlarınız başqa-başqadır.
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ

5. Kim haqqını verir və Allahdan qorxursa,
فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ

6. və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,
وَصَدَّقَ بِالْحُسْنَىٰ

7. Biz onu ən asan olana nail edəcəyik.
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ

8. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَىٰ

9. və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,
وَكَذَّبَ بِالْحُسْنَىٰ

10. Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ

11. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.
وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ

12. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ

13. Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.
وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ

14. Mən sizi alov saçan bir odla qorxutdum.
فَأَنْذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ

15. Ona ancaq ən bədbəxt kimsə girər.
لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى

16. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.
الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ

17. Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.
وَسَيُجَنَّبُهَا الْأَتْقَى

18. O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.
الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ

19. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.
وَمَا لِأَحَدٍ عِنْدَهُ مِنْ نِعْمَةٍ تُجْزَىٰ

20. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.
إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ

21. O, mütləq razı qalacaqdır!
وَلَسَوْفَ يَرْضَىٰ
 



22-02-2010 12:00:00