Ana səhifə

Adəm (ə.s.) torpaqdan yaradılarkən neçə il cansız qalmışdır. Can bədənə gəlincə ilk sözü nə olmuşdur?


YazdırSend to friend

Uca Allah; Adəm Əleyhissalamın bədənini Cənnətdə yaradaraq onu, dilədiyi qədər, öz halında buraxdı. Uca Allah, Adəm Əleyhissalama, Ruh üfürdüyü zaman, Ruh, Onun cəsədinin baş tərəfindən girdi və cəsədin hər yerində əsəri və qan, meydana gəldi.

Adəm Əleyhissalam, asqırınca, Mələklər, Adəm Əleyhissalama: "Elhamdü lilləh (Həmd olsun Allaha!) da" dedilər.

Adəm Əleyhissalam da "Elhamdü lilləh!" dedi. (Taberi-Tac. 1,s.47-48, İbni Asakir-Tac. 2. s. 342, İbn. əsir-Kamil c. 1,s.29, Ebülfida-Elbidayə vənnihayə c. 1,s.86.

Başqa rəvayətə görə: Adəm Əleyhissalam, asqırınca, həmd etməsini, Ona, Uca Allah ilham etdi. (İbn. Sad-Tabakat c. 1,s.31, İbn. Asakir-Ta.c.2,s.344, İbn. əsir-Kamil c. 1,s.29, Ebülfida-Elbidaye vennihaye c. 1,s.87)

Adəm Əleyhissalam da, Rəbbinə həmd etdi. "Elhamdü lilləhi Rəb bil aləmin = Rəbbülaləmin olan Allaha həmd olsun" dedi.

Uca Allah da "Rəbbin, sənə rəhmət etsin!" buyurdu. (ibn. Sad-Tabakat c. 1, s. 31, Taberi-Tarih c. 1, s. 48, ibn. Asakir-Tarix c. 2, s. 342, ibn. Əsir-Kamil c. 1, s. 29, Ebülfida-Elbidaye vennihaye c. 1,s.86

Uca Allah;

"Ey Adəm! Mən, kiməm?" deyə soruşdu.

Adəm Əleyhissalam:

"Sən, səndən başqa ilah olmayan Allahsan!" dedi.

Uca Allah:

 "Doğrunu söylədin!" buyurdu. (İbn. Asakir-Tarih c. 2,s.342.)

(M. Asam Köksal, Peyğəmbərlər Tarixi, Türkiyə Diyanət Vəqfi Nəşrləri: 1/29-32.)



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz