Ana səhifə

Ailə müəssisəsində təməl faktor nədir?


YazdırSend to friend

Kainat nizam və hikmət diyarı... Onda nə gayəsiz tək bir element, nə də hikmətsiz, vəzifəsiz bir tək qarışıq var. Bir-birinə kömək edərək bir bədən təşkil edən orqanlardan, günəş sisteminə və ulduz qruplarına qədər bütün kainat bizə bu həqiqəti dərs verir. Aləmdə gayəsiz, hikmətsiz heç bir birlik mövcud deyil...

Bu yardımlaşma silsiləsinin ən qiymətli halqası: Ailə... Əlbəttə onun da çox qiymətli bir gayəsi olmalıdır. Nədir bu gayə? Bu sualın cavabı, "tərəflərin şəhvət təminləri" ola bilməz. Çünki, belə bir cavab ilə ağla dərhal belə bir sual gəlir:

Ailə həyatı bu gayəni dar bir qəlibə sıxışdırmış olmurmu? Bu nöqtədə heyvanlar aləmi insanlardan çox daha irəli deyilmi?

Sualımıza bir başqa cavab axtarır və belə deyirik: Qadın və kişinin ayrı-ayrı qabiliyyətləri, başqa-başqa xüsusiyyətləri, ailə damı altında ortaq olaraq qiymətləndirilir və tərəflər hər cəhətdə bir-birini tamamlayırlar... Bu cavabda bir həqiqət payı olmaqla birlikdə, məsələ yalnız dünya həyatının rahat və hüzuru baxımından qiymətləndirildiyində, bu cavab da ruhu qane etmir. Qarşımızda, dünənindən kədərsiz, sabahından əndişəsiz və hər cür ehtiyacını rahatlıqla görən bu qədər heyvan varkən belə bir cavabla necə qane ola bilərik?

Bu düşüncə bizi problemin gerçək cavabına aparır: Bu dünya hikmət dünyası və səbəblər aləmidir... Nə göydən alma yağır, nə yerdən insan bitir. Meyvə üçün ağaca, uşaq üçün ailəyə ehtiyac var. Bu bir ilahi qanundur. Tərəflər bu qanuna riayət etdikləri təqdirdə, nəsiblərində də varsa, onlara uşaq ikram edilir. Dünyaya imtahan üçün göndərilən və yol-iz tanımayan bu kiçik qonağın əmrinə Cənab-ı Haqq, onun valideynlərini verir; onları buna xidmət etdirir. Bu xidmətçilər üçün bu kiçik qonaq, bir cəhətdə lütf, bir başqa cəhətdə əzab vəsiləsidir. Onsuz da, körpələrlə heyvan balalarının və dolayısilə də evlənməklə cütləşmənin ən böyük fərqi də bu nöqtədə qarşımıza çıxır.

Bəli, uşaq, valideynləri üçün bir lütfdür. Çünki onlar Allah`ın bu narın, nazlı və cənnət namizədi bəxtiyar məxluquna etdikləri xidmətlər üçün savab qazanırlar. Ona yedirib içirdikləri, onlar üçün bir sədəqə olur. Həyatında bir tək möhtacın belə üzünü güldürməmiş ən xəsis bir insan belə, uşaqlarına etdiyi xərclər səbəbindən sədəqə savabına nail olur. Yenə lütfdür, çünki o uşağa haradan gəlib hara getdiyini, bu dünya həyatında vəzifəsinin nə olduğunu gözəlcə izah etdikləri təqdirdə, ilahi əmrləri təbliğ və insanları irşad şərəfindən, o ülvi peyğəmbərlik vəzifəsindən, kiçik bir dairədə də olsa hissədar olurlar. Ayrıca, o uşağın bir ömür boyu edəcəyi bütün gözəl əməllərindən də hissə alırlar...

"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!  (Təhrim Surəsi, 6)

"Hamınız çobansınız, hamınız idarə etdiyiniz kəslərin hüququndan məsulsunuz."(Buxari, Cümə, 11; Müslim,İmarət,20)

Uşaq digər cəhəti ilə bir əzab vəsiləsidir... Çünki valideynləri o ilahi əmanətə, o cənnət yolçusuna Rəbbini gözəlcə tanıtmadıqları, tərbiyəsinə layiqiylə diqqət yetirmədikləri təqdirdə, onun edəcəyi günahlardan məsul tutulurlar.

"Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır." (Teğabun Surəsi, 15)

"Ana-atanın uşaqları üzərindəki haqqı nədir?" deyə soruşan bir adama, Rəsulu-Əkrəm (s.ə.v.) belə buyurdu: "Onlar sənin ya cənnətin, ya da cəhənnəmindir."

Qısacası, "ailə" və dolayısilə "evlənmə" deyilincə, ağla ilk olaraq "uşaq və onun tərbiyəsi" gəlməlidir.

Ailə Xoşbəxtliyi



22-04-2011 12:00:00