Ana səhifə

Aləmin yaradılmış olduğu, cisimlərin hərəkət və hərəkətsizliklərindən aydın olur. Cisimlər cansızkən yaradılmış olduqları şübhəsiz. Yaxşı canlı varlıqlar üçün də bu hal və hərəkətsizlik halları onların yaradılmış olduğuna bir dəlildir?


YazdırSend to friend

- İnsan olaraq bizim görə bildiyimiz nə qədər canlı varsa, onun ilk halı cansızdır. Demək ki, bu canlılıq sonradan verilir. Elə isə o da yaradılmışdır.

 

Məsələn, insan ana qarınında dörd ay qədər cansız bir halda qaldıqdan sonra canlanır. Quranda insanın yaradılış mərhələləri izah edilərkən "palçıqdan" başlayır, "yeni ruh üflənmiş canlı bir varlıq"  halına qədər davam edir. (Müminun, 12-14).

 

- Quranın bildirdiyinə görə, bütün canlılar sudan yaradılmışdır. (Ənbiya, 21/30). Bugünkü elmlər də bu həqiqətə çatmışdır. Suyun təməl maddəsi olan oksigen ilə hidrogen maddələrinin cansızlığı ortadadır. Demək ki, canlılıq və hərəkət sonradan bəzi cisimlərə qazandırılmışdır.

 

- Fən elmlərində bu xüsus "hərəkətsizlik prinsipi" şəklində ifadə edilməkdədir. Yəni hər şey fiziki quruluşu etibarilə hərəkətsiz və cansızdır. Halbuki, kainatdakı varlıqların vəziyyəti bunun tam tərsinədir, sanki heç bir şey hərəkətsiz deyil. O halda, bu hərəkətsizləri hərəkətə keçirən bir mühərrik vardır. Necə ki, Aristo kimi bəzi filosoflar da bu prinsipdən hərəkət edərək bir yaradıcının var olduğu nəticəsinə çatmışlar.

 

- Axan bir çayın günəşlə təmas edən hissəsindəki su damlacıqları, qabarcıqları parlayır, günəşlə təmasları kəsilincə də sönürlər. Bu vəziyyət, qəti olaraq qabarcıqlardakı parlaqlığın suyun öz zərrələrində təbii olaraq var olan bir şey olmadığını, əksinə günəş işığının bir əks olunması olduğunu göstərməkdədir. Eynilə bunun kimi, canlıların həyat çayında bir müddət canlılıq qığılcımlarını göstərdikdən sonra, ardından ölüb getmələri, özlərində olan ruh və canlılıq ünsürünün özlərinə aid olmayıb Allah tərəfindən onlara bəxş edildiyini göstərməkdədir. Demək ki həyat qədər ölüm də Allahın varlığının açıq sənədidir.

 

- Bütün canlıların təməl ünsürləri; oksigen, hidrogen, karbon və azotdur. Bu maddələrin canlı bir ünsürü, bir ruhu daşımadıqları bilinməkdədir.

 

 

Bir hərf  katibsiz, bir iynə belə ustasız olmadığına görə, bu kainatın yaradıcısız olması, təsadüfən ortaya çıxması və ya ağılsız, şüursuz, cansız, kor, kar təbiət və səbəblər tərəfindən yaradılmasını düşünmək imkansızdır.



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz