Ana səhifə

Allah ərşi hökmünə aldıqdan sonra ərşin dörd barmaqlıq yerinin artıq olduğu haqqında bir rəvayət varmı?


YazdırSend to friend

 

  “Allah ərşi hökmünə aldıqdan sonra ərşin dörd barmaqlıq yerinin artıq olduğu...” hədisinin səhih olub-olmadığı barədə alimlər arasında ixtilaf var. İbn Teymiyənin də bildirdiyi kimi Əbu Bəkr əl-İsmaili, İbn Cevzi kimi bəzi hədis alimləri bunun səhih olmadığını söyləmişdir. Ancaq əhli-sünnətin əksəriyyəti bunu qəbul etmişdir. (Mecmuu’l-fetavi, 16/435-438).

- Bu hədisi açıqlayan İbn Teymiyənin özü də “Ərşiin dörd barmaqlıq yerinin artıq olduğu” ifadəsinin doğru olmadığını, bunun səhih hədislərin rəvayətlərinə, kitab, sünnə və məntiqə zidd olduğunu bildirmişdir. (bax: a.g.y.)

- Əbu Davudun kitabında da “ərşə istiva” ilə bağlı oxşar bir hədis rəvayəti var, ancaq orada “Ərşin dörd barmaqlıq yerinin artıq olduğu...” kimi ifadə işlədilməmişdir. (bax: Ebu Davud, Sünnet, 19).

- Xəttabi Əbu Davudun sözügedən rəvayətində verilən “istiva anındaki arşın dayanıksızlığını” səsləndirən ifadələrin mütəşabih olduğunu, mənasının dərin olduğunu, zahiri mənasına işarə edilmədiyini, bu ifadənin Allahın əzəmətini ifadə etmək üçün istifadə edildiyini, o anda həmsöhbəti olan bədəvi ərəbin bəsit zehninin nəzərə alındığını ifadə etmişdir.

- Bəzi mənbələrdə “Ərşin dörd barmaqlıq yerinin artıq olduğu” ifadəsi doğru qiymətləndirilməmiş və “Ərşin dörd barmaqlıq yerinin belə artıq qalmadığı” şəklində ifadə edilmişdir. Bu isə Allahın heç bir şeylə məhdudlaşmayacağı həqiqətini vurğulayır. (bax: Təbəri, Bəqərə, 2/255. ayənin təfsiri; İbn Teymiyə, a.g.y.)

- Bu mövzuda yuxarıda  bir az toxunduğumuz Əbu Davudun “hökmran olma hədisini” bütünlüklə görməkdə bir fayda olduğunu düşünürük.

Mutim b. Adi danışır: “Rəsulullaha (SAV) bədəvi bir adam gəldi və belə dedi: “Ya Rəsulallah! Canlar sıxıntıda, oğul-uşaq ziyandadır, mallar zərərdədir, davarlar məhv olur. Allahdan bizə bir yağış yağdırması üçün dua et. Səni Allaha şəfaətçi, Allahı da sənə şəfaətçi etmək istəyirik.” Rəsulullah “Ayıb olsun sənə, sən nə dediyini anlayırsan?” dedi və bir müddət Allahı təsbih etdi. Belə ki, Peyğəmbərimizin bu həyəcanlı halı dostlarının da üzünə sirayət etdi. (onlar da baş verən hadisəyə görə kədərləndilər.) Sonra belə davam etdi: “Ayıb olsun sənə! Allahı heç bir məxluqu üçün şəfaətçi etmək olmaz. O belə (vasitəçi) olmaqdan daha çox böyükdür. Sən Allahın kim olduğunu bilirsən? Onun Ərşi göylərinin üzərində belədir”(deyib iki əlinin barmaqları ilə bir qübbə/halqa çəkdi.) və belə davam etdi: “Şübhəsiz ki, Ərş Onun üçün – atlı üçün yəhərinin cırıldaması kimi cırıldayar.”(Əbu Davud, Sünnet,  19).

Budur, Peyğəmbərimiz (SAV) Allah haqqında səhv ifadə işlədən bir bədəviyə cavab verərkən Allahın böyüklüyünü bu cür təsvirlə göstərməyə çalışır. Həqiqətdən xəbərsiz, mənaların dərinliklərini bilməkdən məhrum olan cahil bir bədəviyə təsirli bir təsvir ancaq belə olar. (Avnu’l-Mabud, əlaqədar hədisin şərhi).

b. “Sizdən biriniz yerin aşağı təbəqəsinə bir ip sallasa, Allahın üzərinə düşər...” mənasını verən hədisi İbn Teymiyə belə açıqlamışdır: Bu ifadə, əgər hədis səhihdirsə, məcazi mənada işlədilmişdir. Allahın elm və qüdrətilə hər yerdə hazır və nazir olduğu və hər şeyi əhatə etdiyinin bir ifadəsidir. Ona görə nə ipin sallanması, nə də Allahın üzərinə düşməsi mümkündür. Hədisin sonunda “Allahın Əvvəl, Axır, Zahir, Batin olduğunun” vurğulanması onun elm və qüdrətilə hər şeyi əhatə etdiyinə işarə etmək üçündür. (İbn Teymiye a.g.y.)

- Mövzunu nəzərdən keçirsək, Allahın sifətləri barədə alimlər iki qrupa ayrılmışlar. Əvvəlki alimlər Quran və hədislərdə yer alan ifadələri şəksiz qəbul edirlər. Allahın heç bir məxluqa bənzəmədiyini də qəbul etdikləri üçün bu kimi mütəşabih/dərin mənalı ifadələrin həqiqi mənasını bilmədiklərini, onu Allahın biliyinə həvalə etdiklərini söyləyirlər. Məsələn, “Allah Ərşə istiva etdi” mənasına gələn ayələri İmam Malikin bu sözləri çərçivəsində izah edirlər. “İstiva məlumdur (yəni lüğəvi mənası bilinir), mənası isə məchuldur, bu mövzu barədə çox sorğu-sual etmək bidətdir.” Onlar “Allah Kitabında Hz. Peyğəmbər (SAV) hədislərində- sifət mövzusunda- hansı sözləri istifadə etmişlərsə (İstiva, yəd: əl, Vəcih: üz kimi), biz onlara iman edirik, biz bilməsək də, bunların Allahın əzəmətinə uyğun bir mənasının olduğuna inanırıq.” deyirlər.

- Daha sonrakı alimlərin sifət mövzusuna yanaşmaları daha çox izahata meyllidir. Onların fikrincə, “Allahın Ərşə istivası” Allahın kainata olan hökmranlığı mənasını verir. “Yəd: əl” kəlməsi Allahın qüdrətinə işarə edir. “Vəcih: üz” kəlməsi Allahın Zati-Əqdəsinə işarədir. Bu cür məcazi ifadələr ərəb dilində çox yayılmışdır. Bu alimlərin fikrincə, qədim dövrlərdə insanlarda Allaha təslimiyyət çox olduğu üçün bu kimi mütəşabih ayələrin və hədislərin mənasını bilmədikləri zaman inanclarında hər hansı bir vəsvəsəyə qapılma olmurdu. Ancaq daha sonrakı əsrlərdə, xüsusilə, yunan fəlsəfəsinin tərcümə edilməsindən sonra İslam aləmindəki görüşlərdə olduqca çox qarışıqlıq meydan gəlmiş, əvvəlki kimi Allaha təslimiyyət qırılmış, bir şeyin mənasını bir şəkildə izah edərək bir nəticəyə gəlmə meylləri artmışdır. Belə bir mühitdə olan İslam alimləri işin çətinliyini anladıqları üçün vəsvəsələrə meydan verməmək, səhv izahların ortaya çıxmasına imkan yaratmamaq üçün İslamın ruhuna uyğun izahatlara müraciət etməyi uyğun görmüşlər.

Mövzuyla bağlı İmam Şafinin bu aydınlıq gətirən sözlərini də xatırlamalıyıq:

Rəbi b. Süleyman danışır: Şafidən Allahın sifətlərini soruşdum. Belə dedi: “Allaha bir bənzər yaraşdırmaq ağıllara haramdır. Hisslərin Allaha bir sərhəd qoyması, düşüncələrin bu barədə qəti bir mühakiməyə qapılması, ruhların/nəfslərin Onun mahiyyəti haqqında düşünüb təsəvvür etməsi, qəlblərin bu mövzuda dərinlərə dalması, hiss və duyğuıarın bu mövzunu elm sahəsinə aid etməyə çalışması, ağılların bu mövzunu qavramağa cəhd göstərməsi onlara haram qılınmış, qadağan edilmişdir. Bütün bunların üzərinə düşən vəzifə Allahın Özünü vəsf etdiyi kimi və ya peyğəmbərinin dili ilə Onu təsvir etdiyi kimi dərk etməyə çalışmaqdır.” (bax: İbn Teymiye, a.g.e. 4/5-6)

Sifət mövzusu mənbələrdə çox geniş yer tutur. Beyhaki və başqaları bu mövzuda xüsusi əsərlər yazmışlar.

- Son söz olaraq bu ayəni oxumaq istəyirik: “...Allaha bənzər heç bir şey yoxdur. O hər şeyi eşidəndir, görəndir!” (Şura surəsi, 42/11)

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz