Ana səhifə

Allah aciz qullarını sevmir deyə bir şey eşitmişəm. Bu nə mənadadır, günah işləyərək tövbə edənə də aiddirmi?


YazdırSend to friend

Bu sözdən insanın acizliyini və zəifliyini ağıl, qəlb və ruhu ilə hiss edərək Allahın Qüdrətinə sığınanları fərqləndirmək lazımdır. Çünki bu vəziyyət bir ibadətdir, mərifətdir və böyük məqamdır.

Sualınızdakı acizlərə gəlincə:

Hədis rəvayətində bu ifadələrə yer verilmişdir:

“Şübhəsiz ki, Allah ağıl işlədilməsini təriflə, acizliyi/tənbəlliyi isə məzəmmətlə qarşılayır. Elə isə hər hansı bir şey qarşısında məğlub olarsansa, -Mənim üçün Allah kifayətdir, O ən gözəl vəkildir- söylə.” (Kenzu’lummal, h. No: 5616).

Bu hədisdən “Allah aciz qullarını sevmir...” kimi başa düşmək səhv deyil. Ancaq bu acizliyi doğru anlamaq lazımdır.

-Əgər acizlikdə məqsəd günah işləməkdirsə, sualdakı ümumi fikir doğru deyil. Çünki Allah tövbə edən günahkar qullarını sevdiyini kitabında elan etmişdir.

“... Allah tövbə edənləri və pak olanları sevər.” (Bəqərə surəsi, 2/222) ayəsində bu cəhət açıq şəkildə vurğulanır.

- Əgər acizlikdə məqsəd nəfsinin əsiri, şeytanın oyuncağı olmaq, yazıq bir vəziyyətə düşmək, həyatının sonuna qədər tövbə etməyə cəsarət etməyəcək qədər aciz olmaqdırsa, bu halda “Allah aciz qullarını sevmir” fikri doğrudur. Çünki bu kimi insanlar Allahın qulları üçün ardına qədər açdığı sonsuz rəhmət qapısı olan tövbə/giriş qapısından içəri girmək cəsarəti göstərməmiş yazıq şəxslərdir.

-Bir hədisi-şərifdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

-“Ağıllı şəxs nəfsini hesaba çəkən, ölümdən sonrakı həyata hazırlaşmağa çalışan şəxsdir. Aciz şəxs isə nəfsinin istək və həvəsinin ardınca düşən (ölümdən sonrası üçün heç bir hazırlıq görməyən), sadəcə öz xəyalları ilə Allahdan layiq olmadığı şeylər gözləyən şəxsdir.” (Kənzu’l-Ummal, h. No: 7036)

- Bu hədisdən də açıqca başa düşülür ki, mövzumuzla bağlı acizlik anlayışı gücsüzlük, zəiflik mənasında deyil. Çünki “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...” (Bəqərə surəsi, 2/286) ayəsində gücsüzlüyün günah olmadığı, əksinə, güclü bir üzür olduğu ifadə edilir. Belə ki, fiziki cəhətdən gücsüz olan şəxslər oruc tutmaqdan, zəkat verməkdən, həccə getməkdən üzürlü hesab olunurlar. Ayaq üstə namaz qıla bilməyən oturaraq, otura bilməyən böyrü üstə və ya arxası üstə yataraq namazını qıla bilər.

- Bu açıqlamalardan qəti olaraq deyə bilərik ki, sözügedən acizlik anlayışı gücü yetdiyi halda Allahın əmr və qadağalarına riayət etməyən, tənbəllikdən vəzifəsinə barmaqarası baxan, imanlı vicdanının səsini dinləməyən, vəhyin işığında tərbiyə edilmiş ağıl və qəlbinin səsini qulaqardı edən şəxsin göstərdiyi tənbəllik və etinasızlıqdır.

- Xüsusilə, aciz şəxs ağlını işlətməyən axmaq şəxsdir. Davamlı olaraq nəfsinin pis arzularını yerinə yetirməklə həyatını keçirdiyi halda utanmadan “Allahın işini kimsə bilməz, bəlkə hər kəsdən əvvəl cənnətə məni qoyar...” kimi məntiqsiz sözlərlə özünə təsəlli verən şəxsdir.



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz