Ana səhifə

Allah bizə şah damarımızdan daha yaxın olduğuna görə Ona yaxın olmağımızı necə başa düşməyimiz lazımdır?


YazdırSend to friend

 

Sualda keçən “yaxın” və “yaxınlaşma” ifadələrinin məsafə və məkanla bir əlaqəsi yoxdur. Allahın quluna yaxın olması, onun hər cür ehtiyaclarını şəxsən görməsi, bütün hüceyrələrində hər cür işi qüdrət və elmiylə etməsi, ona öz nəfsindən daha yaxın olmasını bildirir. Qulun Allaha yaxınlaşması isə Allahın ondan razı olduğunu bildirir. İmanındakı gözəllik, elmindəki tərəqqi, əməlindəki ixlas onu Allaha yaxınlaşdıran vasitələrdir.

Uzaq, yaxın, keçmiş, gələcək kimi ifadələr zaman və məkanla əlaqədardır. Maddi olan və bir məkanda yer tutan varlıqlar bir-birlərinə görə yaxında və ya uzaqda olarlar. Maddədən və məkandan uzaq olan Allah, məkanın hər yerindəki məxluqatına onların nəfslərindən daha yaxındır. Həmçinin, zamandan uzaq olan Allah, zaman çayında axıtdığı hər bir varlığa onun nəfsindən daha yaxındır.

Allahın, məxluqatına yaxınlığı və məxluqatın ondan uzaqlığı zaman və məkan ölçüləriylə izah edilə bilməz.

Bir misal: Siz oxuduğunuz kitaba ondan daha yaxınsınız; o özündə nələrin yazıldığını bilmir, siz bilirsiniz... Və kitab sizdən çox uzaqdır, yəni sizi başa düşmür, tanımır, seyr etmir.

Kitabın ilk səhifəsindəki bir söz ikinci səhifədəkinə yaxındır, onuncu səhifədəkinə isə uzaqdır. Amma onları yazan və bilən müəllif, bunların hamısına eyni dərəcədə, eyni səviyyədə və eyni ölçüdə yaxındır. Hamısı, onun elmində bir yerdədir.

Yaxınlıq və uzaqlığın bir başqa cəhətini bizə dərs verən bir qudsi hədis: “Qulum mənə nafilələrlə yaxınlaşar...” Bu qudsi hədis yaxınlaşmanın mənəvi olduğunu və ruhi olduğunu dərs verir bizə... Nafilə; fərz və vacibləri işlədikdən sonra qulun rəbbinə daha çox yaxınlaşmaq, ürəyini ülvi həzzlərə daha çox açmaq və ömrünü Allahın rızası yolunda daha məhsuldar etmək niyyətiylə etdiyi ibadətlər, təfəkkürlər, şükrlərdir.

Belə bir qul, Rəbbinə yaxınlaşma mövzusunda hər gün bir az daha məsafə qət edər... Qət etdiyi bu məsafələr də mənəvidir, rəbbinə yaxınlaşması da...

Misallardan həqiqətə keçək: Allah, qulunun maddə və məna aləmini daim tərbiyə etməklə, o quluna onun nəfsindən daha yaxındır. Qul isə ancaq müəyyən sərhədlərlə iş görə bilən nöqsan sifətləriylə, bütün sifətləri sonsuz olan Allahı haqqıyla başa düşməkdən çox uzaqdır.

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz