Ana səhifə

ALLAH (c.c.)


YazdırSend to friend

Allah adı, bütün ilahi adların cəmidir. "Bütün adlar Allahın adlarıdır." deyilər, amma ‘Allah, Rəhmanın adıdır, Rəhmin adıdır...' deyilməz.

 

 

Bunun üçün, bir qul ‘Allah' dediyi zaman, bütün ilahi adları və sifətlərin hamısını birdən yad etmiş olar.

 

 

Rəhman, Rəhm, Rəzzaq, Ğaffar kimi ‘camalı adlar' ruhumuzda şükr mənalarını canlandırarkən, Əhad, Saməd, Qayyum, Qədim, Baqi kimi ‘kamalı adlar' ürəyimizi heyrət hissləriylə dolduracaq; Kahhar, Cəbbar, Qədr, Muntakim kimi ‘cəlalı adlar' isə bizə nöqsanlığımızı, acizliyimizi, xatırladaraq nəfsimizə təqva şüurunu qazandıracaq.

 

Allah adı, bütün əsmai hüsna kimi, bütün kamal sifətləri də cəmidir.

 

•••

 

Allah deyən bir qul, bütün ilahi sifətləri və bütün əsmai hüsnanı birdən zikr etdiyini bilərək, özünü ilahi adların ən parlaq təcəllisi və ilahi sifətlərdən xəbər verən bir xilqət möcüzəsi olaraq yaradan Rəbbinə sonsuz həmd və səna edər.



09-11-2009 12:00:00