Ana səhifə

Allah (c.c)-ın cəhənnəmliklərin üzünə baxmayacağı ifadəsini necə başa düşməliyik?


YazdırSend to friend

 

Bununla bağlı ayə belədir:

“Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları pak etməz. Onları şiddətli bir əzab gözləyir!” (Ali-İmran surəsi, 3/77)

Allahın bu şəxslərlə danışmaması və onlara baxmamasında məqsəd onların Allah-Təala nəzdində heç bir dəyərinin və etibarının olmaması, Onun qəzəbinə gəlmələri, Allahın onları təmizə çıxarmaması, pak etməməsi, onları bağışlamaması və günahlarından keçməməsi və ya saleh qullarına layiq gördüyü dəyəri onlara verməməsidir ki, bunlar qul olma şüuruna malik şəxs üçün həqiqətən çox qorxulu nəticələrdir. (İbn Atıyye, 1,460; Zemahşeri, 1,197)

Ayədə mövzumuzla bağlı vurğulanan üç cəhət var:

Danışmamaq

Üzlərinə baxmamaq

Pak etməmək...

a.            Danışmamaq küsmək, baxmamaq qəzəb, pak etməmək əfv qapısından çöldə qoymaqdır.

b.            Bu üç cəhət sıra ilə biri digərinin mənasını açıqlayır və incikliyin dərəcəsini göstərir. Buna görə Allah qiyamət günü dinini dünyaya satan o inkar edənlərlə arasının nə qədər soyuq olduğunu, onlara nə qədər qəzəbli olduğunu göstərmək üçün onlarla Özü əsla danışmayacaqdır. Danışmaq bir tərəfə, bir dəfə də onların üzünə belə baxmayacaqdır. çünki heç birini pak etməyəcəkdir.

c.            Dünya mənfəəti üçün Allaha verdikləri əhdini pozanlar, axirətdə qiymətsiz, dəyərsiz, hər şeyini itirmiş bir məxluq kimi qalmağa məhkumdur. Ayədə bildirilən “Axirət nemətlərindən heç bir pay yoxdur” cümləsi bunu vurğulayır.

d.           Allah onlarla dostcasına danışmaz, onlara şəfqət, mərhəmət nəzərilə baxmaz, heç bir zaman onları pak etməz. Bu açıqlamalardan başa düşülür ki, baxmaqdan baxmağa fərq vardır.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz