Ana səhifə

Allah (c.c)ın cəhənnəmdəkilərə baxmayacağı ifadəsini necə anlamalıyıq?


YazdırSend to friend

Bununla əlaqədar ayənin tərcüməsi belədir: "Əhəmiyyətsiz bir mənfəət qarşılığında, Allaha verdikləri əhdi və andlarını pozanların axirətdə heç bir nəsibləri yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onların üzlərinə baxmayacaq və onları təmizə çıxarmayacaq. Onların haqqı çox acı bir əzabdır." ( Al-İmran Surəsi, 77)

 

Allahın bu kəslərlə danışmaması və onlara baxmamasından məqsəd, on­ların Allah Təala yanında heç bir dəyərlərinin və etibarlarının olmaması, Onun qəzəbinə tabe olmaları; Allahın onları təmizə çıxarmaması, onları bağışlamaması və günahlardan təmizləməməsi; ya da saleh qullarına layiq gördüyü tərifdən onları məhrum buraxmasıdır ki, bunlar qulluq şüuruna sahib adam üçün həqiqətən çox dəhşətli nəticədir. (İbn Atıyyə, 1,460; Zəmahşəri, 1,197)

 

Ayədə -mövzumuzla əlaqədar olaraq- vurğulanan üç xüsus vardır: Danışmamaq, üzlərinə baxmamaq, təmizə çıxarmamaq..

 

a. Danışmamaq küsməkdən; baxmamaq hirslilikdən; təmizə çıxarmamaq əfv əhatəsi xaricində buraxmaqdan kinayədir.

 

b. Bu üç xüsus sırasıyla biri digərinin mənasını açıqlamaqda və getdikcə incikliyin şiddətini göstərməkdədir. Buna görə; Allahın qiyamət günü o dinini dünyaya satan inkarçılarla arasının nə qədər açıq olduğunu, onlara nə qədər hirsli olduğunu göstərmək üçün, onlarla -şəxsən- əsla danışmayacaq. Buraxın danışmağı, bir dəfə olsun onların üzünə belə baxmayacaq. Çünki, heç birini təmizə çıxarmayacaq.

 

c. Dünya mənfəəti üçün Allaha verdikləri əhdini pozanlar, axirətdə qiymətsiz, hər şeyini itirmiş bir məxluq olaraq qalmağa məhkumdur. Ayədə tərcümə olaraq iştirak edən "axirətdə heç bir nəsibləri yoxdur" cümləsi bunu vurğulamaqdadır.

 

d. Allah onlarla dostca danışmaz, onlara şəfqət, mərhəmət nəzəriylə baxmaz, heç bir zaman onları təmizə çıxarmaz.  Bu şərhlərdən aydın olur ki, baxmaqdan baxmağa fərq vardır.



03-12-2009 12:00:00