Ana səhifə

Allah hər canlını cütlər halındamı yaratmışdır?


YazdırSend to friend

Zəriyət surəsinin 49-cu ayəsində belə yazır:

''Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!''

Bu ayəyə görə bakteriya kimi cinsiyyətsiz çoxalan (yəni cütlərdən yaranmayan) canlılar necə olacaq? Bu ayə elmə zidd deyilmi?

Ateistlərin iddiası:

Zəriyət surəsinin 49-cu ayəsi elmi olaraq səhvdir. Bu ayədə hər canlının cütlər halında yaradıldığı deyilir və bu gün biz hər canlının cütlərdən meydana gəlmədiyini bilirik.

CAVAB:

Bu ayədə bir səhv yoxdur. Bəziləri bu ayəni bilərək təhrif etməkdədirlər, bəziləri isə həqiqətən də diqqətli baxmadıqları üçün bu ayədə səhv olduğunu hesab edirlər. Ayədəki detallara diqqət etmək çox əhəmiyyətlidir.

Bu ayədə canlı sözü qəti şəkildə keçmir (nə tərcümələrdə, nə də Ərəbcəsində). Canlını Ərəb dilində ifadə edən söz “Hayy” sözüdür. Bu söz məsələn, ənbiya surəsinin 30-cu ayəsində keçir. Bundan başqa dilimizdəki “ həyat” sözü də Ərəb mənşəli bir sözdür və eyni kökdən gəlir.

Zəriyət surəsinin 49-cu ayəsindəki söz isə “hər şey” (min kulli şey'in) şəklində keçir. Allah “hər şeyi cütlər halında yaratdıq” deyir. Əgər ayədə canlı nəzərdə tutulmuş olsaydı bu eynilə başqa ayələrdə keçdiyi kimi açıq şəkildə yazılardı. Demək ki Allah burada başqa bir şeyi nəzərdə tutur. Allah bu ayədə ümumi olaraq hər şeyi nəzərdə tutur və hər şey də maddədən meydana gəldiyi üçün bu ayədə maddədən bəhs edilir.

Bir başqa ayədə də burada maddənin nəzərdə tutulduğu daha rahat başa düşülür. Yasin surəsinin 36-cı ayəsində Allah belə buyurur:

“Yerin bitirdiklərindən, insanların özlərindən və BİLMƏDİKLƏRİNDƏN bütün cütləri yaradan pakdır, müqəddəsdir.”

Bu ayə 1400 il əvvəl, hələ gələcəkdə öyrəniləcək cütlərdən bəhs edirdi. Bu gün elmin inkişaf etməsilə maddənin cütlərdən meydana gəldiyi bilinməkdədir. Cütlərdən yaranmayan canlılar da maddədən meydana gəldiyi üçün bu ayədə bir səhvdən söz gedə bilməz.

Bəlkə bəziləri “Allah maddəni nəzərdə tutduğunu daha açıq bildirə bilməzmiydi?” deyəcək. Məsələn maddəni daha yaxşı ifadə edən bir söz “zərrə”dir. Fəqət bu ayədə zərrə sözünün istifadə edilməsi də doğru bir şey deyil, çünki zərrə istifadəsi ayənin bütün çağlara xitab etməsinə ziddir. Zərrə ''təsəvvür edilə biləcək ən kiçik şey'' mənasını verir. Əgər Allah “ən kiçik şeyləri cütlər halında yaratdıq” desəydi, bu o dövrün insanlarına məntiqsiz gələ bilərdi. Qur`anın o dövrdəki insanlara məntiqli gəlməsi lazım olduğu kimi bu günkü insanlara da məntiqli gəlməsi lazımdır. Buna görə “hər şey” ifadəsi daha doğru bir ifadədir.

Məsələn Nəbə surəsinin 8-ci ayəsində olduğu kimi nəyin spesifik olaraq cütlər halında yaradıldığından bəhs edən ayələr də vardır. O ayədə, məsələn insanların cütlər olaraq yaradıldığı bəhs edilir.

Əgər Qur`anın “yazarı” bütün canlıların cütlərdən meydana gəldiyini düşünmüş olsaydı , “hər canlını cüt-cüt yaratdıq” tərzində bir ifadəyə yer verərdi. Belə bir ifadə olmadığına görə bu iddia etibarsız bir iddiadır.

Bu ayənin maddədən bəhs edildiyi əslində məntiqli şəkildə düşündüyümüz zaman da aydın olur. Bu ayəni peyğəmbər yazmışdırsa və burada maddə nəzərdə tutulmursa, “hər şey” ifadəsinə bir qaya parçası da daxildir. Yaxşı, peyğəmbərin bir qaya parçası üçün də “cütlər halında yaratdıq” deməsi məntiqlidirmi? Bir insan o tarixdə niyə belə bir şey demiş olsun?

Bu ifadəyə görə cansız maddələr üçün də “cütlər halında yaratdıq” deyilmiş olur. O tarixə görə belə bir şey demək məntiqliydimi?

Nəticə:

Sözügedən ayədə canlıdan deyil maddədən bəhs edilir. Bu gün maddənin cütlərdən meydana gəldiyi bilinməkdədir. Cinsiyyətsiz çoxalan canlılar da maddədən meydana gəldiyinə görə bu ayədə elmə zidd hər hansı bir ünsür yoxdur.

Tək Yaradan Allahdır, fb



31-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz