Ana səhifə

Allah hər an hər yerdə vardır və bizə şah damarımızdan daha yaxındır. O halda Quranda “Allaha çevriləcəksiniz” kimi ayələrdə keçən “rücu”, Yəni “Allaha dönmə” nə deməkdir?


YazdırSend to friend

 

Rücu sözünün lüğəti mənası, geri dönməkdir. Rücu ilə əlaqədar ayələr, “Sonunda bizə çevriləcəksiniz.” Yaxud, “Sonra da çevrilib, Ona aparılacaqsınız,” şəklində bitər. Hər işində Allahın özünə verdiyi qüvvət və qüdrətlə və digər imkanlarla insanın, Rəbbinin diləməsindən kənara çıxdığı bir tək an belə düşünülə bilməyəcəyinə görə Allaha dönməni necə anlayacağıq?

Üzərində ən çox durulan məna, özünə cüzi iradə verilməklə bu dünyada bir imtahanda olan insanların, axirətdə ömürlərinin hesabını vermək üçün Allahın hüzuruna çıxmaları şəklindədir.

Əzəl aləmində ruhlarımıza bir xitab gəlmişdir: “Mən sizin Rəbbiniz deyiləm?” deyə... Bu suala; “Bəli, sən bizim Rəbbimizsən.” şəklində cavab vermişdik.

Dünyaya gəlincə səbəblər aləmiylə qarşı-qarşıya qaldıq. Hər günəş doğulduğunda dünya işıqlandı, hər bahar gəldiyində çiçəklər açdı. Buğdamızı, tərəvəzimizi həmişə torpaqdan; meyvəmizi, daim ağacadan götürdük. Bu hal insanların bir qisminə qəflət verərkən, digər qismini şükrə apardı.

İmtahan aləmi bağlandıqdan, qəbir mərhələsi keçilərək məhşərə çıxdıqdan sonra; bu iki qrup insan da Rəbblərinə dönəcəklər. Yenə Onun hüzurunda toplanacaqlar. Bu toplanma bir Allaha dönmədir. Bu çevrilmə, iradəmizdən kənar olacaq. “Çevrilmək” ifadəsi bizə bu dərsi verir.

Bizə çevrilmə ilə əlaqədar dərs verən bir başqa ayə isə: “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəlincə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.” (Bəqərə Surəsi, 28) ayəsidir.

İnsan ölü ikən, yəni maddəsi ölü elementlər aləmindəykən dirildilərək insan halına gətrilir. Sonra yenə ölür və bədən təkrar əslinə çevrilir, tamamilə element olur. Bu mərhələni yenidən dirildilmə və məhşərə çıxma izləyir. İki ölüm, iki diriliş və iki ayrı çevrilmə: Biri ölümdən ölümə... Digəri, həyatdan həyata...

Çevrilmə ilə əlaqədar bir başqa ayə: “O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.” (Bəqərə Surəsi, 156)

İtaət edənlər də, üsyan edənlər də, məhşərdə yenə Onun hüzurunda toplanacaq və Ona çevriləcəklər. Onun qulu olaraq yaşayan və bu imtahan aləmini iman ilə tərk edən bir qulun, axirətdə Rəbbinə çevrilməsi bir bayramdır. Allahın mülkündə Onu tanımadan və əmrlərinə əməl etmədən yaşayan insanlar da Rəbblərinə üsyanla çevriləcəklər. O halda, çevrilmə deyilincə, gözümüzdə məhşər canlanmalı... Hər iki cədvəli də, xəyalən də olsa, nəfsimizin önünə qoymalıyıq. Ta ki Allahın razılığından ayrılmasın, dünyanın keçici ləzzətlərinə aldanmasın və haramlardan uzaq olsun. “O gün əmr tək Allahındır.” (İnfitar Surəsi, 19) ayəsindən dərs alsın. O günü gözləmədən, bu gündən Onun əmri altına girsin, hökmünə razı olsun.

Peyğəmbər Əfəndimiz (s.ə.s.) “Ölmədən əvvəl ölün.” əmrinə  tabe olsun və Rəbbinin göstərdiyi istiqamət yoluna dünyada çevrilsin. Axirətdəki çevrilmə səadətlə nəticələnsin. Zamandan və məkandan uzaq olan Allah, biz qullarını məkana yerləşdirmiş və zamana ayırmışdır. Elə isə insan, hansı məkanda ölürsə ölsün, məkandan uzaq olan Rəbbinə çevrilər. Həmçinin, hansı zamanda can verirsə versin, zamandan uzaq olan Rəbbinə qovuşar...

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz