Ana səhifə

Allah hər şeyi əvvəldən bildiyi halda, bəzi ayələrdəki “li ya’ləmə=bilsin deyə” ifadəsinin hikməti nədir?


YazdırSend to friend

 

Quranda dəfələrlə təkrar edilən “Allah hər şeyi biləndir/bilir ” (bax. Bəqərə surəsi, 2/29; Ali-İmran surəsi, 3/92; Nisa surəsi, 4/176) ayəsində və buna bənzər digər ayələrdə, tam açıqlığı ilə, birmənalı şəkildə Allahın keçmiş, gələcək hər şeyi bildiyi ifadə edilir. Elə isə Quranın bu məsələ ilə bağlı başqa ifadələri bu həqiqətə zidd şəkildə izah edilə bilməz. Bizim üzərimizə düşən şey fərqli başa düşüləcək ifadələri bu çox açıq olan ayələrin mənasına uyğun olaraq anlamağa çalışmaqdır. İslam alimləri də belə etmiş və “li ya’ləmə = təki bilsin/bilməsi üçün” ifadəsini bu çərçivədə açıqlamışlar. Bəzi nümunələr belədir:

“... Biz bu günləri insanları arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri ayırd etsin və içərinizdın şahidlər seçsin. Allah zülmkarları sevməz.” (Ali-İmran surəsi, 3/140).

Burada işlədilən “Allahın iman gətirən şəxsləri ayırd etməsi üçün” ifadəsi, “möminləri elmindəki mahiyyətlərini ortaya çıxarması üçün...” anlamına gəlir.

“Ey iman gətirənlər! Allah Özünü görmədən Ondan qorxanları ayırd etmək üçün sizi əllərinizin və mizraqlarınızın çata biləcəyi bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı şiddətli bir əzab gözləyir!” (Maidə surəsi, 5/94)

Burada tərcümədəki “Allah Özünü görmədən Ondan qorxanları ayırd etmək” ifadəsi “onları sınaqla görmək, ayırd edib üzə çıxarmaq” mənasına gəlir.

“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kiab və ədalət tərəzisi  nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad etdik ki, Allah (Özünü) görmədən Ona və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (Hədid surəsi, 57/25)

Burada da eyni şeydən bəhs edilir. Bundan başa düşülür ki, “elm” anlayışı bilməyi ifadə etdiyi kimi, görməhyi də, yəni elmin xaricə yansıyan sınaqdakı təzahürləri də ifadə edir.

Bu cəhətdən baxdıqda “Allah bilmək istəyir” mənasını verən “li ya’ləmə” ifadəsini “Allah elminin xarici aləmə yansıyan əksini görmək istəyir” şəklində anlamaq lazımdır.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz