Ana səhifə

Allah hər şeyi əvvəldən yaratdı? Yoxsa hələ yaratmaqdadır?


YazdırSend to friend

- Allahın kainatı, içində olduğumuz zaman dilimindən əvvəl yaratdığında şübhə yoxdur. Göylərin və yerin daha əvvəl yaradıldığında şübhə edilə bilməz.

 

- Qaf Surəsinin 20-ci ayəsində və buna oxşar ayələrdə keçən "Sura üfürüldü" ifadəsi, keçmiş zamanı deyil geniş zaman mənasını verər və tərcümələrdə də "Sura üfürülər" şəklində keçər.

- Rəhman Surəsinin 29-cu ayəsinin tərcüməsi belədir: " Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıma zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).

 

Təfsirçilərin bu mövzudakı şərhləri, ümumiyyətlə bu xüsuslarda sıxlaşmışdır: Allah, hər an: yaradar- yox edər, dirildər-öldürər, zəngin edər-kasıblaşdırar, yüksəldər-alçaldar, əziz edər-zəlil edər, xəstə edər-şəfa verər, güldürər-ağladar, bağışlayar-cəzalandırar və sairə...

 

- "Göyü Biz çox möhkəm bir şəkildə bina etdik, onun genişlədən də bizik. "(Zariyat, 51/47) tərcüməsindəki ayə də, göylərin hər an genişləməkdə olduğuna dəlalət etməkdədir. Bu isə, yaradılış əhvalatının sona çatmayıb hər an davam etdiyini göstərməkdədir. Həmçinin, bu gün elm, göy cisimlərinin bir qisiminin davamlı yıxılıb yox olduğunu və yerinə başqa cisimlərin yaradılmaqda olduğunu qəbul etməkdədir. Məsələn, Samanyolu Qalaktikasının yaradılış zamanı, digər sistemlərə görə çox yeni olduğu bilinməkdədir.

 

Rəhman Surəsinin əlaqədar ayəsinin bəyanına bu pəncərədən də baxmaq lazımdır.

 

Bu ayədə kainatdakı bütün varlıqların Uca Allaha möhtac olduğuna, Onun da həm əzəmətini həm də lütf və kərəmini hər an yaydığına yəni heç bir varlığın və ya yaranmanın Onun məlumat, iradə və gücü xaricində ola bilməyəcəyinə diqqət çəkilməkdədir. Qurani Kərimdə dəyişik vəsilələrlə Cənabı Allahın yaradıcılıq sifətinə və iradəsinin nüfuz etmədiyi heç bir hadisə düşünülə bilməyəcəyinə toxunular. Lakin "O hər an yaratma halındadır." deyə çevrilən 29-cu ayə bu mövzuda xüsusi bir vurğu daşımaqdadır.



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz