Ana səhifə

Allah insanı nə üçün şeytandan üstün yaratdı? Bunun hikməti nədir?


YazdırSend to friend

 

Burada, icazənizlə, belə bir sual ilə cavab versək, məsələ bir az açıqlana bilərmi?

Məsələn:

-             Məgər Allah şeytanı insandan üstün yaratmalıydı? Nə üçün? Şeytanın nə xüsusiyyəti var ki, insanlardan üstün olsun?

-             Eyni sual başqa varlıqlar üçün də keçərlidir. İnsan kainatın göz bəbəyi kimi digər varlıqlardan, hətta cinlərdən, mələklərdən də üstün yaradılmışdır. Bunlar da etiraz etsələr, nə deyəcəyik?

-             Sualınıza təkrar qayıdaq: Şeytan pislik və şərin, insan isə qulluq və xeyrin rəmzidir. Şeytanların heç biri xeyir tərəfdarı deyil. Halbuki bir çox insan həyatı boyu xeyrə tərəfdar olmuşdur. Tarix boyu hər dövrdə milyonlarla insan Rəbbinə itaət etməklə şərəflənərkən, şeytan nəsli bütün fərdlərilə daima Allaha üsyan etməyə, fitnə-fəsad törətməyə çalışmışdır.

-             Əgər bu sual “Nə üçün Allah insanları şeytan kimi pis, şeytanları da insan kimi yaxşı yaratmamışdır?” şəklində başa düşülərsə, bu halda işin əks tərəfinə eyni suallar qoymaq olar.

-             Əgər diqqətlə baxsaq, Allahın iradəsi ən böyük üstünlük verəndir. Mülkün sahibi olaraq kimisini insan, kimisini cin, kimisini fil, kimisini siçan, kimisini at, kimisini ot kimi yaradır və buna heç kimsənin etiraz haqqı ola bilməz. Allahın ədalət və hikmətinə güvənmək lazımdır. Allah kimi, nəyi necə yaratdısa, onun elə olmasında ədalət və hikmət vardır.

İnsan və cinlər onlara verilən xüsusiyyətləri harada və necə istifadə edərlərsə, ona görə də qarşılıq alacaqlar. Cinlərdən olan İblis ona verilən xüsusiyyətləri Şeytan olmaqda istifadə etmişdir.

 

Şeytan nə üçün uduzdu?

 

“Şeytan beş şeyə görə əbədi uduzanlardan oldu:

 

1.      Günahını qəbul etmədiyi üçün,

2.      Peşman olmadığı üçün,

3.      Onu üsyan etdirən nəfsini qınamadığı üçün,

4.      Tövbə etmədiyi üçün,

5.      Rahməti-İlahidən ümidini kəsdiyi üçün.” (İbn-i Hacer. Münebbihat, 73)

Bu yüzden bir müminin, işlediği günahı kabul etmesi; yaptığı hata ve günahlardan ötürü pişmanlık duyması; nefsini hesaba çekip onu kınaması, sık sık tevbe-istiğfar etmesi ve Rahmet-i İlahiden hiçbir zaman ümit kesmemesi gerekmektedir.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz