Ana səhifə

"Allah, insanı Rəhman surətində yaratdı." hədisi necə başa düşülməlidir?


YazdırSend to friend

Cavab 1:

 

Buxari və Müslimdə "Allah Adəmi öz surətində yaratdı" (Buxari, İstizan, 1; Müslim, Bir, 115) tərcüməsində bir hədis vardır. Alimlərin bir qisiminə görə, "Suretihi"dəki əvəzlik Allaha aiddir. Hədisin -yuxarıdakı- tərcüməsi bu istiqamətdə edilmişdir. Bir qisim alimlərə görə isə, oradakı əvəzlik Adəmə aiddir. Bu təqdirdə hədisin mənası "Allah Adəmi, Adəmin öz surətində yaratdı" şəklində olar. (bx. İbn Həcər 5/182-83)

 

 

İmam Nəvəvinin bildirdiyinə görə, alimlərin bir qismi, bu rəvayətləri möhkəm qəbul etmiş, mənasını şərh etmədən Allaha həvalə etməsini daha uyğun hesab etmişdir. Hədisdə iştirak edən ‘Suretihi" dəkı əvəzliyin Allaha aid olduğunu qəbul edən bəzi alimlər "Suretihi= onun surəti" tamamlaması, bir təşrif və təsis üçündür. Yəni, Allahın sahib olduğu insan surəti mənasını verər. "Naketullah=Allahın dəvəsi, "Beytullah=Allahın evi" tamamlamaları da belədir. (bx. Nəvəvi, əlaqədar hədisin şərhi)

 

Cavab 2:

Maddədən uzaq olan Allah surətdən də uzaqdır. Necə ki, Hədisdə, "Allah insanı öz surətində yaratdı." deyilməmişdir. Burada əsas olan Allahın rəhmətinə diqqətləri çəkmək və İlahi rəhmətin ən çox insanda təcəlli etdiyini dərs verməkdir. İnsan deyilincə dərhal bədəni xatırlamaq da bizi yanıldıcı nəticələrə apara bilər. İnsanda əsas olan ruhdur. Bədən o ruhun köməkçisi, paltarı xanası kimidir. Elə isə bu hədisi oxuyarkən ruhumuza nəzər edəcək, ağıldan, xəyala, yaddaşdan hiss dünyasına qədər uzanan çox geniş rəhmət təcəllilərini oxuyacaq və bizi bu şəkildə yaradan Rəhmanımıza şükr edəcəyik.

 

Yoxluq qaranlığından xilas olan hər varlıq böyük bir rəhmətə qovuşmuş deməkdir. Bu mənasıyla rəhmət, canlı-cansız bütün məxluqatda təcəlli edir. Səmanın ulduzlarından dənizin balıqlarına, şüalardan mələklərə, yarı canlı bir bitkidən insana qədər hər varlıqda rəhmət hakim; hamısı az və ya çox, cüzi və ya bütün bir rəhmətə tabe olmuşlar.

 

Rəsulullah Əfəndimiz (s.ə.s.), insanın çatdığı bu ən böyük rəhmət təcəllisini bir hədisində belə ifadə edər: "Şübhə yox ki, Allah, insanı rəhman surətində yaratdı." Bu hədisin səhv qiymətləndirilməməsi üçün bəzi nöqtələrin göz önünə alınması lazımdır. Hədisdə, Allah və Rəhman adları və bir də yaratma hərəkəti keçir.

 

Cənabı Haqq, cisimdən və surətdən uzadır. Amma gəl gör ki, insan bu hədisi oxuyarkən nəfs və şeytan onun xəyalını zay edər və sanki hədis, "Allah, insanı öz surətinə bənzər bir şəkildə yaratdı." şəklindəymiş kimi səhv bir anlayışa aparar. Hədisdə keçən Rəhman adına xüsusilə diqqət yetirmək və bu haqq kəlamı, "Allahın rəhmətinin bütün varlıq aləmi içində ən çox insanda təcəlli etdiyi" şəklində anlamaq lazımdır.



15-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz