Ana səhifə

Allah, kainatı yaratmadan əvvəl nə edirdi?


YazdırSend to friend

Bu məsələdə “zaman” və “əzəl” anlayışları səhv qiymətləndirilir. İnsan, zaman və məkan içərisində yaşadığı üçün hər hadisə və həqiqəti zaman ölçüsünə görə qiymətləndirməkdə və əzəl anlayışını da zaman içində düşünməklə səhv bir müqayisə etməkdədir. Bu sual belə səhv bir müqayisənin nəticəsidir.

“Zaman”, məxluqatın yaradılması ilə başlayan və içərisində “hadisələr zəncirinin bir-birini izləməsi”, “məxluqatın bir-biri ardınca ölüb getməsi” kimi hadisələrin cərəyan etdiyi mücərrəd bir anlayışdır. Bütün məxluqlar, bu zaman içərisində daim hərəkət edirlər. Varlıqların yaradılması, dəyişməsi, yaşlanması və ölümü həmişə bu zaman içərisində cərəyan edir.

“Keçmiş, bu an və gələcək” kimi üçə ayrılan zaman, nisbi bir ifadədir. Yaşadığımız an, bir an əvvəlkinə nisbətən gələcəkdir, bir an sonrası isə keçmiş olaraq adlandırılır. Bu və buna oxşayan nisbətlər məxluqata görədir. Yəni, “əsr, il, gün, dünən, bu gün, sabah...” ancaq məxluqat üçündür.

Əzəl zaman etibarı ilə bir sonsuzluq demək deyil.

Əzəldə “keçmiş, bu an, gələcək, məkan və məxluq” yoxdur. Zehin əzəl haqqında bir zaman silsiləsi təsəvvür edə bilməz. Zamanın “dövr, əsr, il, ay, gün, saat, saniyə, an...” kimi vahidlərə bölünməsiylə, əzəl üçün belə bir təqdimat edilə bilməz. Əzəl üçün bir başlanğıc nöqtəsi təsəvvür edilə bilməz.

Əzəl, mütləq varlığın ancaq məkan və zamandan uzaq olan Allaha məxsus olmasından ibarətdir. Bu həqiqəti, Peyğəmbər Əfəndimiz (s.ə.s.) “Allah vardı; bərabərində başqa bir şey yox idi.” (1) hədisi ilə bəyan etmişdir.

O halda Cənabı Haqqın əzəli olması demək, Onun əvvəli olmamaq deməkdir. Yəni, “yeganə və tək bir” olan O Allah “əvvəlində bir başlanğıc olmadığı” mənasındadır.

Cənabı Haqqın əzəli, hadisələrin zaman içərisində axışı şəklində düşünülə bilməz. Onun əzəli haqqında zaman, ölçüsü, silsilə, keçmiş zaman, bu an və gələcək deyilə bilməz. Elə isə, zaman anlayışı keçmişə doğru xəyalən nə qədər uzadılırsa uzadılsın Cənabı Allahın əzəliyyəti ilə müqayisə edilə bilməz. Zamanın başlanğıcından geriyə doğru xəyalən getsək və bu kainat kimi milyardlarla kainat daha yaradıldığını düşünsək bu xəyali və mənasız zaman yenə Cənabı Haqqın əzəliyyəti ilə birgə ola bilməz və Onunla müqayisəyə girməz. Çünki, belə bir müqayisə, Qədimi (əvvəli olmayanı) hədis (sonradan yaradılan) ilə, məxluqu Xaliq ilə, sonu olanı, sonsuzla müqayisə etmək deməkdir.

Bu şərhlərdən aydın olacağı kimi; Cənabı Haqq Qədimdir, əzəlidir; zaman isə varlıqların yaradılması ilə başlamışdır. Varlıqlar yardılmadan əvvəl zaman yox idi ki, Allah haqqında belə bir sual soruşula bilsin.

Bu sual ancaq belə soruşula bilər:

“Əzəldə Allah vardı. Onunla birlikdə heç bir şey yox idi. O halda əzəldə Allah nə edirdi?”

Bu suala cavab vermədən əvvəl bunu ifadə edək ki, əzəldə bir şey etmək Cənabı Haqqa –əstəğfirullah- vacib olmadığı kimi, bir şey etməmək də Onun üçün bir nöqsanlıq deyil. Çünki O, məxluqatı yaratmasa da sonsuz kamaldadır. Yəni, varlıqları yaratmaqla kamalında bir artım, yaratmamaqla da bir nöqsanlıq olmaz.

Bu qısa şərhdən sonra, sualı belə cavablandıraq:

Cənabı Haqq əzəldə, öz Şəxsini, uluhiyyətinə məxsus izzət və əzəmətini, camal və kamalını şəxsən müşahidə edirdi. Qudsi Şəxsini uluhiyyətinin şanına uyğun bir surətdə həmd, nöqsanlıqdan uzaq və müqəddəs edirdi.

Allahın şəxsini kamalı ilə bilmək ancaq Ona məxsus olduğu kimi, özünü kamalıyla müqəddəs və öymək yenə Ona məxsusdur.

Mərifətullahda ən yüksək mərtəbədə olan Peyğəmbər Əfəndimiz (s.ə.s.) merac möcüzəsi ilə Allahu Təalanı şəxsən gördüyü halda Onu haqqıyla bilmək və layiqiylə nöqsanlıqdan uzaq tutmaq və müqəddəs etməkdəki acizliyini belə etiraf etmişdir:

“Səni nöqsan sifətlərdən uzaq edirəm. Mən səni layiqincə bilmədim. Sənə haqqıyla şükr edə bilmədim...” (2)

Digər bir hədisində isə “Sən özünü təriflədiyin kimisən.” buyurmuşdur. (3)

Haşiyələr:

---------------------------------

(1)   Buxari, Məgazi, 67, 74, Bədul-Xalq 1, Tövhid 22; Tirmizi, Mənakıb, 3946.

(2)   Əlmalılı Həmdi Yazar, H. D. K. D., Cild 2, S: 405.

(3)   Əbu Davud, Salat 340, (1427); Tirmizi, Daavat 123, (3561); Nəsai, Qıyamul-Leyl 51, (3, 248-249)

(*) Mərhum Əlmalılı Həmdi Əfəndinin ifadəsiylə, Allahu Azimüşşan əzəldə “yardımı əzliyyəsini, yəni aləmi təqdir, xəlq və icad hərəkətlərini isdar edirdi. Digər bir ifadəylə “ol” əmrini verirdi. Aləmin yaradılması bunu izlədi. Buna görə də xəlq əzəli, məxluq zamanı oldu.”

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz