Ana səhifə

Allah məkandan uzaqdır; halbuki bəzi ayələrdən Allahın göylərdə olduğu iddia edilir. Bunu necə açıqlayırsınız?


YazdırSend to friend

 

Ərəb və İbrani dillərinin simvolik deyilişlərini bilməyən bəzi kəslər, Quranda keçən bir qisim ifadələri Allaha məkan verməyə cəhd etmişlər. Bunların iddialarına dəlil olaraq təqdim etdikləri Quran ayələrinə qısaca nəzər salaq:

 

" (Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?! Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz. (Mülk Surəsi, 16-17)

 

Ayədə keçən " fissemai" ifadəsindən Təfsirçilər fərqli mənalar çıxarmışdır. Faxruddin Razi bu mənaları belə açıqlamışdır:

 

Razi, Allahın səmadan rəhmətinin təcəllisi olan suyu göndərməsi kimi, bir çox qövmləri də səmadan gələn müsibətlərlə həlak etdiyini nümunə verərək Ayəni belə açıqlayır: "Allahın, göydən gələcək bir əzabı ilə sizi məhv etməyəcəyindən əmin oldunuz?"

 

Yenə Razi eyni ayə üçün etdiyi digər bir şərhində isə bu ifadənin "Ucalar Ucası" mənasında da istifadə edildiyinə: "Ucalar Ucası olan Allahın sizi məhv etməyəcəyindən əminmi oldunuz ?" şəklində şərh etmişdir.

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz