Ana səhifə

Allah qatında hansı qullar, alimlər və şəhidlər kimi fəzilət sahibi ola bilər?


YazdırSend to friend

- Qiymətləndirmələr, əməllərə görə edilər. Alimlər -amma həqiqi alimlər- peyğəmbərlərin varisi olaraq, həm mükəmməl bir elmə həm də mükəmməl bir əmələ sahibdirlər. Bu səbəblə, elm-əməl oxunda alim olmayan abid-zahidlər, söz mövzusu həqiqi alimlərə çata bilməzlər. Əslində elm olmadan həqiqi zahid olmaq da, abid olmaq da mümkün deyil. Əgər, bir zahid -elmi az olmasına baxmayaraq- həqiqi bir alimin elmi və əməlinin cəminə bərabər dəyərdə bir əmələ sahib olsa, bu kimsə, o alim səviyyəsində bir dəyər qazanar.

 

- Əsl məsələ, bunun kimi olmaqdan çox, hər kəsin öz kimi olması və bu çərçivədə səmimi bir qul olmasıdır. Nə qədər az bilənlər, nə qədər çox bilənlərdən daha çox mənəvi paya sahib olduqları tarixi reallıqlardandır. Hər mövzuda olduğu kimi, bu mövzuda da nümunə şəxsiyyət Peyğəmbər Əfəndimiz (s.ə.s.)dır.



21-11-2009 12:00:00

Düğüme özel