Ana səhifə

Allah üçün bir dəyişiklik, zaman və məkan olar?


YazdırSend to friend

 

Allahın şəxsi kimi sifətləri də əvvəldir. Əvvəl olan varlığın ən diqqətə çarpan xüsusiyyəti, dəyişməməkdir. Çünki, dəyişmək çöldən bir təsirin nəticəsidir və sonradan var olan varlıqların xüsusiyyətidir.

 

Allahın kainatı yaratmadan əvvəlki elmi, qüdrəti, iradəsi hansı mövqedə isə, varlığı var etdikdən sonra da eyni mövqedədir. Bunun əksin iddia etmənin heç bir dini, elmi və məntiqi bir dəlili yoxdur.

 

Allahın yaratma sifəti təcəlli etmədən əvvəl də yenə vardı. Bu təcəllinin ortaya çıxması, bu sifətin sonradan ortaya çıxdığını və dolayısilə bir dəyişikliyi ifadə etdiyini göstərməz.

 

Məsələn; bir mühəndisin mühəndislik qabiliyyəti, bir həkimin həkimlik məharəti peşələrini hərəkəti olaraq icra etmədikləri zamanda da onlarda potensial olaraq vardır. Və bu tətbiqə keçdikdən sonra da o məharət mahiyyəti etibarilə də eynilə söz mövzusudur.

 

Tək bu fərq vardır ki; bir mühəndisin özündə olan mühəndislik məharəti, bir həkimin tibb məharəti iş etdikdən sonra, dəyişə bilər, daha da inkişaf edə bilər.

 

 

Əgər Allahın sifətlərində -əstağfirullah- bir dəyişiklik olsaydı, o anda, bu dəyişiklik ya bir müsbəti və ya bir əskiyi ifadə etmiş olacaqdı. Bir təkamülü düşünmək belə ondan əvvəl bir nöqsanlığın varlığını tələb edir. Bu isə Allah haqqında mümkünsüz olan bir xəyaldır.

 

Allah zaman və məkan yox ikən vardı. O zaman və məkandan uzaqdır. Məkana keçmək bir dəyişiklikdir, bu isə sonradan yaradılanların xüsusiyyətidir. Məkana dayanan ona ehtiyacdan ötrü dayanar. Bu isə Allaha yaraşmaz. Həm də Allah, - əstağfirullah - maddi bir varlıq deyil ki, haqqında belə bir şey düşünülmüş olsun.

 

Allahın Şəxsi kimi, sifətləri və adları da sonsuzdur.

 

Allahın bütün gözəl adları, ilahi sifətlərdən birinə dayanır. Məsələn, Alim adı ‘Elm' sifətinə, ‘Qədr' adı ‘Qüdrət' sifətinə, ‘Mütəkəllim' adı ‘Kəlam' sifətinə dayanır.

 

Həmçinin, Əvvəl adı, ‘Kıdəm' sifətinə, ‘Axır' adı, ‘Davamlılıq' sifətinə dayanır.

 

 

Allahı hansı adla yad edirsək edək, o ad eyni zamanda Allahın bir xüsusiyyətini, bir kamalını, bir camalını, yaxud əxlaqı ilahiyyəsindən birini ifadə etməklə sifət vəzifəsi görər.

 

İlahi adlardan çoxu hərəkəti sifətlərə dayanar. Xaliq adı, yaratma hərəkətinə; Muhyi adı, əhya (həyatlandırma) hərəkətinə; Musavvir adı, surət vermə hərəkətinə; Mümit adı, eyhamda (ölümü vermə) hərəkətinə dayanar.

 

Cənabı Haqqın şəxsi birdir amma adları yüzlərlə, minlərlədir. Hətta bəzi şəxslərə görə ilahi adlar sonsuzdur.

 

Allahın bütün adları gözəldir.

 

Şəxsi gözəl olduğu kimi bütün şəxsi adları da gözəldir.

 

Sifətləri gözəl olduğu kimi, bu sifətlərdən doğan sonsuz hərəkətləri də gözəldir. Və bu hərəkətlərə dayanan ‘hərəkəti adları' da gözəldir.

 

Bu sirrə çatan kamil insanlar, "Qəhrin də xoş, lütfün də xoş" demişlər. Çünki, Kahhar adı da gözəldir, Lətif adı da.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz