Ana səhifə

Allah və Peyğəmbər sevgisini içimdə necə artıra bilərəm? Onlara olan sevgimin daha böyük olmasını istəyirəm ...


YazdırSend to friend

     Allah`ı (cəllə cəlaluhu) və Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sevməyin və bu sevgini artırmağın yolu onları tanımaqdankeçir. Mərifətullah Allah`ı bilmək, tanımaqelmidir. Mərifətullahdan hissəsi nisbətində insan Allah`ı sevər. Allah`ı tanıyıb əmrlərinə itaət edən də, sözsüz ki, Allah`ı sevəcək, Allah da onu sevəcək. Hər bir çatışmazlığın, əskikliyin kökündə iman zəifliyi yatır. İman nə qədər qüvvətlənsə, Allah və Rəsuluna (sallallahu aleyhi və səlləm) sevgi də bir o qədər artacaq. İman, sevgi və itaət bir-birini izləyəcəkdir.

     Allah`ı hər şeydən çox sevmək dinimizin əmridir. Allah`ı sevmək isə Onun sevdiyi tərzdə yaşayan Peyğəmbərimizi (aleyhissalutu vəssəlam) sevmək və onun yolunda olmaq deməkdir.

    Həqiqətən də, Qur`ani-Kərimdə Uca Allah belə buyurur:

“Ya Rəsulum de: “Ey insanlar, əgər siz Allah`ı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (“Ali-İmran” surəsi, 3/31).

    Allah`ı sevmək insanın yaradılışının ən uca qayəsidir. Başqa sözlə, İslamın insanları yönəltdiyi ən ülvi, uca amaldır. Müqəddəs Qur`anın ayəsi bu dediyimizi aşkar surətdə sübut edir:

Əgər Allah`ı sevirsinizsə, Həbibullahın ardınca gedəcəksiniz. Ona itaət etməsəniz, demək, Allah`ı sevmirsiniz.

    Bunun əksini isə bu şəkildə ifadə etmək olar. Yəni mən Allah`ı sevirəm, amma Onun əmrinə itaət etmirəm və Onun sevdiyini sevmirəm. Onu sevənləri, Onun yolunu göstərənləri, Onun seçib göndərdiklərini sevmirəm. Buradan da belə bir nəticə hasil olur ki, mən özümdən başqa heç bir şeyi sevmirəm, tövhid yolu ilə getmək istəmirəm.

     Kainatı qüdrət, kamal və camalının təcəlliləri ilə bu şəkildə gözəl yaradan, bu qədər nemətləri ilə qullarına lütf və ehsan edən Uca Allah, əlbəttə, onlardan bir təşəkkür gözləyir. Şübhəsiz ki, insanlar içərisində ən çox seçilən birini onlara rəhbər və mükəmməl bir örnək edəcəkdir. Beləcə, ondakı gözəlliklərə digər insanların da yiyələnməsini istəyir.

    nsanın Allah`ı sevməsi çox yaxşıdır. Xüsusən də, insan vicdan sistemiyləilə Allah`ı tam dərk edib bilsə, Onu dəlicəsinə sevəcəkdir. Çünki sevginin yeganə yeri vicdandır. Vicdanın əsaslarından biri olan zehin bildirir, latifeyi-Rabbaniyə göstərir, iradə Onun istəyinə yönəldir, sevgi adlanan bir səbəbin üzərində ağıl mühakimə yürüdür, qəlb də düşüncələrə bir dərinlik qazandırır.

    Bir insan məcazi eşqdən (dünyəvi, keçici olan sevgi) büsbütün doyubsa və həqiqi eşqdən məhrumdursa, mütləq bir şeylər edib onun üzünü həqiqi eşqə çevirmək gərəkdir. Bu fani sevgililərin faniliyini, müvəqqəti olması gerçəyini göstərmək surətiylə, o insanların qəlblərində Bəqi-i Həqiqiyə qovuşmaq və əbədiyyət arzusunu oyandırmaq, iman və mərifət (elm, dərin bilik, hünər) xüsuslarında təkmilləşməsinə nail olmaq, həmçinin sözü-söhbəti çevirib Allah`la əlaqələndirmək, qəlbin kiri-pası sayılan günahlardan, xətalardan uzaqlaşdırmaq surətilə Haqla əlaqə qurula bilər, bu əlaqəni gücləndirərək hər şeydən əli-ətəyi üzüb “Lə uhibbul əfilin Mən batanları sevmirəm (Ənam surəsi, 6/76) Əbədi bir yar istəyirəm deməklə Ona yönələ bilər.

    Haqqı axtararaq Haqqa qovuşanlar Həzrət İbrahim (aleyhissəlam) kimi ulduz, ay, günəşi tülu, qürub və həqiqi mahiyyətləri ilə oxuyar, bunların bataraq yoxa çıxmalarını, yenidən doğub bir daha batmalarını və batıb gedən bu şeylərə qəlbin bağlanmasının mənasız olduğunu hayqırar, hamıya eşitdirər. Onsuz da bunlar ruhsuz, cansız maddələrdir, nə insanı eşidir, nə dinləyir, nə də ehtiyaclarını təmin etməyə qadirdirlər.

    Halbuki insan elə bir varlığa sarı yönəlməlididir ki, hər zaman Onu (yəni həmin varlığı) görsün, duysun, dinləsin və o varlıq insanın istəklərinə cavab versin. Qəlbimdən keçənləri bilsin, dualarımı qəbul eləsin, dünyəvi, üxrəvi diləklərimi yerinə yetirsin, tənhalıqdan qurtarıb mənə həmdəm olsun, əbədi arzularımı həyata keçirsin və könlümü şad etsin, bütün dostlarımı, əqrəbalarımı, tanışlarımı da mənim kimi əbədi səadətə qovuşdursun... Bəli, mənə məhz bu cür Məbud, Sevgili, Yarı-vəfadar və hər halımdan xəbərdar bir Dost lazımdır. Elə isə mənə Onunla eşq vasitəsilə əlaqə qurmaq gərəkdir.

    Molla Cami bu xüsusu belə anladır:

“Sadəcə birini sev, başqaları sevilməyə dəyməz. Çünki görünmürlər. Birini istə, başqaları arzulanmağa dəymirlər. Çünki dərdə dərman ola bilmirlər. Birini söylə, başqalarını söyləmək yersizdir. Çünki sənin işinə yaramırlar".

    Bu sözləri ilə həqiqi eşqin Allah`a bəslənən eşq olduğunu, Allah`dan başqa insanın könlünü nəyə bağlamasından asılı olmayaraq, həmin şeylərin onun qəlbində bir sıxıntı qoyub gedəcəyini vurğulayır ki, bu həqiqəti hər kəs məşq edirmişcəsinə tez-tez xatırlamalıdır.

    Xülasə, fani və müvəqqəti olan şeylər gəldi-gedər olmalarıyla qəlbin əlaqəsinə dəymədiyini göstərməkdə və həqiqi məhbub axtaran könülə “Allah sevilməlidir” deyərək nida edirlər.

   SEVGİ: Sevmək duyğusu bir kəsə və ya bir şeyə məhəbbət bəsləmək hissidir.

Sevgi insanlarda anadangəlmə bir duyğudur. Sevgi topluma hüzuru və qardaşlığı gətirən birləşdirici ünsürdür. Qur`an qəlblərin sevgi ilə birləşdirilməsinə önəm verir. Möminin könlü sevgi ilə doludur. Kin və düşmənçilik kafirlərin xüsusiyyətlərindən biridir. Allah-Təala iman edənlərin qəlblərini sevgi ilə birləşdirmiş, onları bu sevgi və qardaşlıq bağları ilə gücləndirmişdir. Allah-Təala belə buyurur:

“Və qəlblərinin arasını sevgi ilə birləşdirdi. Əgər sən yer üzündə nə varsa olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onların arasını sevgi ilə birləşdirdi..” (“Ənfal” surəsi, 8/63).

    İnsan üçün ən böyük xoşbəxtlik Allah`ın sevgisinə nail olmaqdır. Uca Allah zalımları, fəsad törədənləri, kafirləri, israfçıları, həddi aşanları, təkəbbürlənib lovğalananları sevməz. Bunun əksinə isə, təqvalı kimsələri, tövbə edənləri, səbirli olanları, ehsan sahiblərini, ədalətlə iş görənləri, ibadətlərini yerinə yetirənləri, təvəkkül edənləri sevər.

   Allah-Təala:

“De: “Əgər siz Allah`ı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” (“Ali-İmran” surəsi, 3/31),–

     buyurur və Allah sevgisinə ancaq Onun əmrlərinə itaət etmək, Peyğəmbərinin yolu ilə getməklə nail olmağın mümkünlüyünü xəbər vermişdir.

     Müsəlmannın vəzifəsi sevgisini yaxşıya, gözələ və şəriətin icazə verdiyinə sarı yönəltməkdən ibarətdir. Sevdiyini Allah üçün sevməli, sevmədiyini də yenə Allah üçün sevməməlidir. Allah`ın sevdiklərini sırf Allah rizası üçün sevmək, sevmədiklərindən də yenə Onun rizasını umaraq uzaq durmaq lazımdır.

   Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

“Allah-Təala qiyamət günündə: “Mənim üçün bir-birilərini sevənlər haradadırlar? Onları kölgəmdən başqa heç bir kölgənin olmayacağı bir gündə Ərşin kölgəsində saxlayacağam”,– buyuracaq”. (Müslim, “Birr”, “Sila”, 161).

“Bir kimsə din qardaşını sevərsə, sevdiyini o adama söyləsin”. (“Riyazus-Salehin”, I/413).

   Həzrət Ömərin oğlu Abdullah (radiyallahu anh) belə demişdir:

“Allah üçün sev, Allah üçün qəzəblən, Allah üçün dost ol və yenə Onun üçün düşmən ol. Çünki Allah`ın dostluğuna ancaq bu şəkildə çatmaq mümkündür”. (Y. Qandəhləvi, “Hədislərlə müsəlmanlıq”, III/1123).

   Elə isə, müsəlman hər şeyə və hər kəsə heç bir mənfəət güdmədən, yalnız Uca Allah`ın razılığı üçün səmimi sevgi bəsləməlidir.

   İnsan ruhunu formalaşdıran mənəvi qidalardan biri olan sevgini, xüsusilə, uşaqlardan əsirgəmək olmaz. Uşaq ruhunda hər cür yaxşılığı cücərdən amil məhz sevgidir. Sevgidən məhrum şəkildə böyüyən uşaqlar qatı qəlbli və zalım olmağa daha yaxındırlar. Birmənalı surətdə demək olar ki, bu məhrumiyyət onların ruhuna çox pis təsir göstərir.



13-07-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz