Ana səhifə

Allah, Yəhudilərdən kitabı dəyişdirməyəcəklərinə dair söz almışdır. Yaxşı dəyişdiriləcəyini bildiyi halda, onlardan niyə söz almışdır?


YazdırSend to friend

 

- Bu çox açıq olan məsələdə boğulmamaq lazımdır. Bu, Allahın sonsuz elminin hər şeyi əhatə etdiyi həqiqətidir. Allahın sonsuz bir elmi vardır. Sonsuz elm, hər şeyi əhatə edən elm deməkdir. Yəhudilərdən kitabı dəyişdirəcəkləri mövzusu daxil, Allahın elminin xaricində qalan heç bir şey yoxdur. Əslində, bunun əksin düşünmək, Allahın bəzi şeyləri bilmədiyini söyləmək, ona cəhaləti isnad etmək mənasını verər ki, İslam dini baxımından bu küfürdür.

- Yaxşı Allah "Yəhudilərin kitablarını dəyişdirəcəyini bildiyi halda, niyə -dəyişdirməmələri yolunda- onlardan söz aldı?"

 

Bunun cavabı budur: Allah, öz sonsuz elminə görə deyil, ədalətinin ortaya çıxması adına, söz alır. Çünki, imtahana tabe olanlar, özlərindən söz alınanlar, necə olduğunu bilmədikləri Allahın gizli elminə görə deyil, öz ağılları və azad iradələri istiqamətində hərəkət edərlər və bu səbəblə də, işin nəticəsindən məsul olarlar.

 

- Allahın elmi, əzəli və şəxsi olduğu üçün Allahdan əsla ayrılmaz. Allah bu elmiylə, kimin başına nələr gələcəyini, kimin cənnətə, kimin cəhənnəmə gedəcəyini də bilməkdədir. Əgər bu sonsuz elmi hər şeyi əhatə etdiyi üçün mövzuya baxsaq, dünyada heç bir insanın imtahana tabe tutulmamasının gərəyinə inanmamız lazımdır. Halbuki bu açıq bir səhvdir. Çünki;

 

•    Elm xüsusiyyəti məcburedici bir funksiyaya sahib deyil, əksinə olacaq şeylərin necə olacağını izləyən bir mexanizmdir. Allahın elmi əzəli olduğu üçün, bütün zamanları birdən əhatə edir. Dünəni, sabahı, bu günü hamısını eyni anda görər, əhatə edər.

 

•    Allahın əmr və qadağanları, onun sonsuz elminə görə deyil, imtahana tabe olan insanların azad iradəsinə görə şəkillənməkdədir. Tətbiqin müsbət və ya mənfi nəticəsi, insanın özünə aiddir. İlahi ədalət və hikmət, bu xüsusa çox daha diqqət yetirməkdədir

 

 

 

"Madam Cənabı Haqq əzəli elmiylə mənim nə edəcəyimi bilir, elə isə mənim nə qəbahətim var?" sualına necə cavab verməliyik ?

 

Bu problemin cavabını axtaraq: İnsanlar bu dünyada öz əməl dəftərlərini dilədikləri kimi doldurmurlar? İlahi əmr və qadağanlara uyğun gəlib uyğun gəlməmə mövzusunda sərbəst deyildirlər? O halda, bu adamlar nəyin iddiasını görürlər?!.. Bir tərəfdən, işlədikləri günahların məsuliyyətindən xilas olmaq üçün iradələrini inkara cəhd edir; digər tərəfdən, məsələn, pəncərələrini daşlayan və Allahın məsul belə tutmadığı, kiçik bir uşağı döyməkdən də geri qalmırlar. Bu səhnə onları məsul etməyə və utandırmağa çatmır?

 

 

 

Bu mövzuda Nur Risalələrindən Sözlər adlı əsərdə bu bunlar vadır: "Qədər, elm növündəndir. Elm, məluma tabedir. Yəni necə olacaq, elə aid olur. Yoxsa məlum, elmə tabe deyil." Elm, "bilmək" ya da "məlumat" mənasını verir. Məlum, "bilinən", alim isə "bilən", yaxud "məlumatın". Bu düsturu bir misal ilə şərhə çalışaq. Məsələn, mən bir gəncin fən fakültəsində oxuduğunu bilmiş olum. Bu məlumatım elmdir. Məlum isə, o gəncin o fakültədə şagird olduğu. Mənim elmim bu məluma tabedir. Yəni o gənc fən fakültəsində oxuduğu üçün, mən də onu eləcə bilərəm.

 

 

"Madam Cənabı Haqq mənim nə edəcəyimi bilir," deyilməklə, Allahın alim olduğu, sual sahibinin isə, o hərəkəti edəcəyi qəbul edilmişdir. O adamın, söz mövzusu hərəkəti işləməsi məlum, Allahın, bunu əzəli elmiylə bilməsi isə elmdir. Və bu elm, məluma tabedir.

 

 

 

Bilindiyi kimi, bir şeyi, bir hadisəni yaxud bir hərəkəti bilmək, onun faili olmaq üçün kafi deyil. Bir misal: Danışmağı hər kəs bilər. Amma, bir insan bu işə təşəbbüs göstərmədikcə və danışma hərəkətini işləmədikcə onun danışdığından söz edə bilərik?

 

 

Demək ki, fail olmaq üçün hərəkəti bilmək çatmır. Onu iradə etmək, şəxsən təşəbbüs göstərmək və işləmək lazımdır. Allah, insanın bütün əməllərini, bütün hərəkətlərini bilər. Amma, iradəsini və qüvvətini sərf edərək o işi edən insandır və hər cür məsuliyyət də ona aiddir.

 

Daha əvvəl də ifadə etdiyimiz kimi; qul, öz cüzi iradəsini, -xeyr olsun, şər olsun- hansı işə sərf etsə, Cənabı Haqq onu yaradar. İstəmək quldan, yaratmaq Allahdandır. Lakin, bütün hərəkətləri Allahın yaratması, insanı məsuliyyətdən qurtarmaz... İnsana qüvvət lütf edən, hər cür imkanı bağışlayan Allahdır. Qul bu imkanı, bu qüvvəti onun razılığına zidd olaraq istifadə etsə əlbəttə məsul olar, günahkar olar.

 

Belə bir düşünək: Bir təhlükəsizlik mənsubu, səlahiyyətini və silahını sui-istifadə edərək birini haqsız yerə vursa, dövlətə qatil deyiləcək, yoxsa o vəzifəliyə? Şübhəsiz, qatil o vəzifəlidir!.. İndi bu vəzifəli, "Mən o cinayəti dövlətin imkanlarıyla işlədim. Nə öz silahımı istifadə etdim, nə də öz gülləmi." şəklində bir üzr bəyan edə bilər?

 

Alaaddin Bacar (prof. Dr.)

 

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz