Ana səhifə

Allaha iman etməmənin cəzası niyə əbədi cəhənnəmdə qalmaqdır?


YazdırSend to friend

 

Küfr sözü, imanın ziddidir. Kafirin dünyası qaranlıqlarla doludur. Çünki küfr, insanın Allahla olan əlaqəsini kəsər. Allah ilə bağını qoparan insan isə, həm ürəyində, həm ruhunda, həm ağlında zülmətlər içində yaşayar. Quran, kafirlərin dünyasını belə izah edər:

 

"Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.” ( Nur, 40 )

 

Küfr, bütün varlıqlara qarşı bir təhqirdir. Çünki hər varlıq Allaha ibadət edər. Hər birisi Rəbbani bir məktub, Sübhani bir şahiddir. Küfr, bu cəhətləri örtüb gizlədiyindən və onları əbəslik və təsadüfün oyuncağı dərəcəsinə endirdiyindən həddsiz bir cinayət olub, sonsuz bir cəzanı tələb edir.

 

İnsanda olan duyğu və xüsusiyyətlər ya eyniylə ya da ziddiylə bizə Allahı tanıtdırmaqdadır. Məsələn insana görmə və eşitmə xüsusiyyəti verilmişdir. Bundan aydın olar ki Allah hər şeyi görən və eşidəndir. Ancaq onun eşitməsi bizim kimi deyil. Bizdə olan bu xüsusiyyətlərlə bilərik ki Allah görər və eşidər. Ancaq biz bu görmə və eşitmənin mahiyyətini anlaya bilmərik. İnsan o məhdud ağlıyla sonsuz kamalda olan İlahi sifətləri tam mənasıyla idrak etməkdən çox uzaqdır. Sonsuz aciz olan insanın, sonsuz bir qüdrəti qavraması əlbəttə mümkün deyil. Ağıl, ancaq bu qüdrətin varlığını təsdiq edər və işlərinə heyran olar.

 

Allah insana bir iradə sifəti vermiş və dünya imtahanının bir gərəyi olaraq, onu dilədiyi yola getməkdə sərbəst buraxmışdır. İradəmiz, Allahın iradə sifətini bilib ona iman etməkdə bizim üçün çox əhəmiyyətli bir sərmayədir.

 

Bu kainatın və içindəki varlıqların Sani olan Cənabı Haqq, bu kainatı çox ciddi məqsədlər üçün yaratmışdır. Quran bunu belə bildirər:

 

"Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər).” (Ənbiya, 16)

 

 

 

"Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!” (Sad, 27)

 

Bütün varlıqlar özlərinə məxsus dillərlə uca yaradıcını təsbeh və zikr edərlər. Özlərinə təqdim edilən vəzifələri böyük bir zövq və şövqlə yerinə yetirərlər. Məsələn günəş bir saniyə belə geri qalmadan özünə çəkilən orbitdə yoluna davam edər. Çaylar bir gözəl axışla dənizlərə doğru axar. İnsanın əmrinə verilən heyvanlar tam bir itaətlə ona xidmət edər.

İlahi əmrləri yerinə yetirən bu varlıqlar içində insanlar və cinlər fərqli bir mövqeyə sahibdirlər. Hərçənd onlar da, "Mən cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım."( Zariyat, 56) ayəsinin hökmü tərəfindən ibadətlə mükəlləfdirlər. Lakin bunu edib etməməkdə sərbəstdirlər.

İnsan və cinlərin bu fərqli mövqeyi, onlara verilən iradədən qaynaqlanar. Onlar bu iradə ilə, imanı və ya küfrü, yaxşını və ya pisi, gözəli və ya çirkini, itaəti və ya üsyanı... seçə bilərlər. Cənabı Haqq bunu belə bildirər: "Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!” (Kəhf, 29)

"Biz ona (insana) yolu göstərdik. İstər şükr edər, istəsə nankorluq edər." (İnsan, 3)

Dünyanın xəlifəsi olan insanın böyük və kiçik hər əməli vəzifəli mələklər tərəfindən yazılmaqdadır. Quran bunu belə bildirər: "Sizin üstünüzdə gözətçi mələklər -(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər." (İnfitar surəsi, 10-12)

İnsanın əhəmiyyətli rütbəsi və dünyada etdiklərinin qarşılığını digər aləmdə görəcək olması, belə bir kitabı tələb edir. Necə ki media mənsubları sıravi bir vətəndaşın arxasında gəzməzlər. Amma, baş nazir kimi yüksək bir mövqedə olanı kölgə kimi izlər, hər etdiyinə diqqət yetirər, ağzından hər çıxanı yazarlar. Onun kimi, ərzin xəlifəsi olan insanın hər etdiyi mələklər tərəfindən yazılar, hər söylədiyi yazılar.

Bu yer üzü səhnəsində hər etdiyinin mələklər tərəfindən yazıldığını bilən insan, "mən başıboş deyiləm və vəzfəli bir yolçuyam" (Səid Nursi, Şüalar, Ənvar Nəş. İst. 1988, s. 225) deyər. Və qulaqlarında həmişə bu İlahi xatırlatmalar zingildəyər:

"İnsan başıboş buraxılacağınımı sanır?" (Qiyamə, 36)

"Yoxsa siz, bizim sizi boşuna yaratdığımızı və bizə çevirilməyəcəyinizimi sandınız?" (Muminun, 115)



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz