Allaha yaxınlaşmaq nə deməkdir? Hər bir insan Allaha yaxınlaşa bilərmi?


“Allaha yaxınlaşmaq” ifadəsi “Allah`ın zatına yaxınlaşmaq” kimi səhv başa düşüldüyündən bu cür ifadə edilməsi doğru deyil. “Yetkin şəxslər” ifadəsindəki məna “Allah`a yaxınlaşmaq” deyil, “Allah`ın rizasını qazanmaq”, “həqiqi qulluq mərtəbəsinə çatmaq”, “Allah`ın ad və sifətlərinin təzahürlərinə yaxınlaşmaq, yəni onları yaxından tanıyıb öyrənməkdir.” Təsəvvüfdə bu, “seyr illəllah” kiimi ifadə edilən “mərifətullahda irəliləmək” mənasını verir.
Bu açıqlamalar cəhətdən məsələyə nəzər saldıqda belə deyilə bilər ki, “Allaha yaxınlaşmaq” ifadəsi nəfsin istəklərindən irəli gələn bir ifadədir; bir aldanmanın işarəsi və həddi aşmağın rəmzidir.
Belə ki, bəzi həddini aşmış filosoflar da “İnsanların ən yüklək mərtəbəsi, Vacibul-Vucuda, yəni Allaha bənzəməkdir.” demişlər, hədlərini aşmışlar. Yoxdan var edilən, yenidən yox olmağa məhkum olan, aciz, cahil, məzlum, hər şeyə möhtac olduğu halda, yaratma cəhətdən əlindən heç bir şey gəlməyən, hər şeyilə Uca Yaradanına möhtac olan insan kimi yaradılmış bir varlığın, heç bir şeyə bənzəməyən, hər şeyi yaradan, hər şeydən əvvəl, heç bir şey yox ikən var olan, sifətlərinin hamısı əzəli, əbədi, sonsuz və hüdudsuz olan, hər şey Ona möhtac, ancaq Özü heç bir şeyə möhtac olamayan Allaha bənzəməyə çalışmasının nə qədər gülünc olması ortadadır.
Halbuki peyğəmbərliyin ədəb və tərbiyəsini əks etdirən ən uyğun formulu isə “Allahın əxlaqı ilə əxlaqlanmaq” şəklindədir ki, tamamilə qulun Rəbbi-Rəhiminə, Allahın tərbiyəsinə olan ehtiyacını ifadə etməkdir.
Qul olaraq davranış tərzlərimizlə olduğu kimi, sözlərimizlə də, qulluğumuzu, acizliyimizi, cəhalətimizi, kiçikliyimizi, Rəbbimizin şükrünü eda etməməkdən irəli gələn utancaqlığımızı əks etdirən münasibət göstərməliyik.
“Nə xoşbəxtdir həddini bilən, həddi aşmayan, ayağını yorğanına görə uzadan, qulluğunu dərk edib həddini aşmış davranışlardan uzaq duran, insan olmağa çalışan qullar!”
Düğüme özel
- ƏL-ĞANİYY / ƏL-MUĞNİ
- ƏL-MUTƏKƏBBİR
- Allahın sifətlərini oxuyub, yalnız o sifətləri təsdiq edib sifətlərdə yazılmayan hər şeyi qəbul etməmək lazımdır?
- Allah bizə şah damarımızdan daha yaxın olduğuna görə Ona yaxın olmağımızı necə başa düşməyimiz lazımdır?
- İslam alimlərinin “Allah yaratdığının xaricindədir” kimi bir ifadələri var?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.